Əsas Səhifə > Hadisə, Manşet > Tikintidən gələn yoldaş Alxasovun SÖKDÜYÜ QUSAR...
Tikintidən gələn yoldaş Alxasovun SÖKDÜYÜ QUSAR...3-12-2021, 10:26 |
DİA.AZ: - Qusarın qalmaqallı icra başçısı Şair Alxasovla bağlı yaxın vaxtlarda qərar veriləcək. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, barəsində ən çox şikayət olunan icra başçılarından biri kimi ad çıxarmış Şair Alxasov yerli camaatı rəsmən boğaza yığdığındandır ki, nəhayətdə rəsmi dairələr qərar verməli olub. DİA.AZ xatırladır ki, bu vaxta qədər Şair Alxasovla bağlı yerli KİV-də müxətlif ittihamlar yer alıb. Onlardan bəzilərini təqdim edirik: - Qusar RİHB-sı Şair Alxasov cənabları Təhsil Nazirliyin balansında olmuş internat məktəbin, kimsəsiz şağirdlərdlərin böyük zəhməti hesabına əkilmiş 2 hektara yaxın meyvə bağının sahəsini qanunsuz olaraq naməlum Sumqayıt şəhər sakininə satmış, o da, həmin torpaq sahənin hər sotunu 5-10 min manata sataraq, həmin ərazidə olan yüzlərlə meyvə və digər qiymətli ağacları kəsdirib. - Şair Alxasov cənabları Qusar şəhərin mərkəzində olan, yeganə təbii park sayılan, N. Nərimanov adına mərkəzi parkın torpaq sahəsini qanunsuz zəbt edərək, həmin parkdakı yüzlərlə yaşı olan qiymətli ağacları kəsdirərək, özü üçün " Yaşıl Park" adlı restoran və avtomaşınlar üçün avtodayanacaq tikdirərək istifadəyə verib. - Səhiyyə Nazirliyin balansında olmuş, uzun müddət uşaq xəstəxanası kimi fəaliyyət göstərmiş xəstəxananın 2 hektara yaxın torpaq sahəsini qanunsuz sənədlər əsasında zəbt edərək, həmin torpaq sahəsində olan qiymətli, uzunömürlü ağacları kəsdirərək özünə "Təzə bazar" tikərək istifadəyə verib. - Qusarda köhnə avtobazanın aşağı hissəsində olan xristian qəbristanlığında 2 hektara yaxın torpaq sahəsini zəbt edərək, həmin qəbristanlıqdakı qiymətli, uzunömürlü şabalıd ağaclarını kəsdirərək, həmin ərazidə 3 ədəd yüksək mərtəbəli yaşayış binası tikdirib. Qəbristanlığın bir hissəsini də, qanunsuz olaraq İH-in əməkdaşı Elman Mustafayevə bağışlayıb. Elman Mustafayev də öz növbsində həmin ərazidəki şabalıd ağaclarını kəsdirərək, özü üçün qəbristanlıqda çoxlu sayda kommersiya obyektləri tikdirərək istifadəyə verib DİA.AZ-a danışan mənbə bildirir ki, Şair Alxasovun bütün fəaliyyətinə hüquqi qiymətin verilməsi ehtimalı da böyükdür: "Bu isə Qusarda qara maskalıların görünməsi kimi də yozula bilər". Qeyd edək ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı var. İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |