Əsas Səhifə > Hadisə, Manşet > İqtidar halqasının ƏN ZƏİF BƏNDİ...
İqtidar halqasının ƏN ZƏİF BƏNDİ...6-12-2021, 10:27 |
4 ildir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik edən Sahil Babayevin rəsmi tərcümeyi-halında qeyd edilir: İngilis, rus və türk dillərini əla, fransız dilini isə yaxşı səviyyədə bilir. Vallah bu adam politoloqdursa ( çox dil bilən ), göndərin getsin mütərcimlik, tərcüməçilik eləsin. Yoxsa, bu adamın ingilis, yaxud firəng dilini bilməsinin sadəcə Azərbaycan insanlarına nə faydası var ? Təsəvvür edirsiniz, özünü həm də hüquq professoru hesab edən bu şəxs 2000-ci ildə qəbul olunmuş və 2008-ci ildə qüvvədən düşmüş qərara ƏSASLANARAQ kimlərinsə pensiya və təqaüdlərini azaldır. Bu adama başa salan yoxdur ki, sənin əsaslandığın QƏRAR 2008-ci ildə QÜVVƏDƏN DÜŞÜB. Bu adam hələ də QÜVVƏYƏ MİNMƏKLƏ, DÜŞMƏYİ ayırd edə bilmir. Bütün bunlar cəhənnəmə, bu adam 4 ildir nazirdir, indi ayılıb ki, ölkədə vətəndaşlar 10-12 saat işləyir, insanların əmək hüququ pozulur və s. Bu adam guya Avropa dillərini bilir, amma bilmir ki, Avropa 100 il əvvəl 8 saatlıq iş rejiminə keçib. Bu gün Avropada 8 saatlıq deyil, 6 saatlıq, həftədə 5 günlük deyil, 4 günlük iş rejimi müzakirə olunur, ay Sahil Babayev. Sən yatmısan fil qulağında... Heç olmasa sənin nazir təyin edən, sənə etimad göstərən cənab Prezidentin dediklərinə qulaq as, əməl et də. Dövlətimizin başçısı deyir: "Sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz." Başa düşdünmü, cənab Sahil Babayev ? Prezidentimiz deyir ki, ixtisar edilən hər bir iş yeri bütöv ailəni çörəksiz qoyur. Sən isə 4 ildir nazirsən, 10 minlərlə insanı çörəksiz qoymusan, təqaüdünü kəsmisən, pensiyasını azaltmısan, yüz minlərlə insanı dövlətimizdən narazı salmısan... Axı, sənin vəzifən Əhalinin müdafiəsini qurmaqdır, sən kimə qulluq edirsən, kimləri müdafiə edirsən..? Ümumiyyətlə, sənin məqsədin nədir ? Sən 4 ildir nazirsən, indi deyirsən ki, iş yerlərində monitorinq keçirmək sitəyirik. İndi ayılmısan ? Bəs 4 ildir nə ilə məşğul idin ? Biz başa düşürük ki, sabiq nazir, hazırda həbsdə olan Səlim Müslümovun dövründə təqaüd, pensiya məsələsi al-ver, biznes məsələsi olub. Bu problemi də normal qaydada həll etmək, yoluna qoymaq olardı. Səninki bilirsən nədir ? Dədəm mənə kor deyib... İnsanlar sənin əlindən qan ağlayır, adamlar dərman pulu tapa bilmir, sən də fəxrlə deyirsən ki, son 1 ildə minlərlə pensiyanı büdcəyə qaytarmışam. Büdcə xalq üçündür, millətin rifahı üçündür. Sən öz yerini isti eləmək üçün 10 minlərlə imkansız insanın yerinə soyuq su calamısan, adam... Adamlar aldıqları cüzi pensiya ilə işıq, qaz, su pulu verirdi. Sən o imkanı da insanların əlindən almısan. Cənab Sahil Babayev, bütün ölkə sənin əməllərindən danışır. Cənab Sahil Babayev, eşitdik ki, karonaya yoluxmusan, Allah şəfa versin. Amma sosial şəbəkədə bunu eşidənlərin sənin ünvanına dediklərini oxusaydın, bir gün də o vəzifədə oturmazdın. Cənab Babayev, nəzərinə çatdırım ki, 100 il əvvəl, Azərbaycanda , 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdur. Bunu bilirdinmi ? Bilsəydin belə etməzdin. Gündə Bakıda tikilən göydələndən bir fəhlə yıxılıb ölür, onun hüquqlarını niyə qorumursan ? Sən həmin tikinti şirkətinin sahibinə söz deyə bilərsənmi ? Cənab Sahil Babayev, sənin işin büdcə doldurmaq deyil e, imkansız əhalinin müdafiəsini qurmaqdır. Əgər büdcə doldurmaq istəyirsənsə, sənə yolunu göstərək. Tabeçiliyində Dövlət Sosial Müdafiə Fondu var. Həmin qurum tikinti şirkətlərindən hər ay nə qədər pul yığır ? O pulların neçə faizi DSMF-yə köçürülür ? Sənin tabeçiliyində Dövlət Əmək Müfəttişliyi var. 4 ildir nə işlə məşğuldur ? Bu sualalr sənə gec-tez veriləcək. Hazır ol, Sahil Babayev. //gundelik-baku.com// Geri qayıt |