Əsas Səhifə > Hadisə, Manşet > Aldığı mebellərin pulunu qabaqcadan ödəsə də...
Aldığı mebellərin pulunu qabaqcadan ödəsə də...13-12-2021, 09:08 |
DİA.AZ: - "Şikayətim "Alaca mebel"dəndir. Uzun zamandır (6 aya yaxın) bu mebel şirkəti ilə müqavilə bağlayıb, böyük çeşiddə mebel sifariş etdim". DİA.AZ bildirir ki, bu barədə Bakı sakini "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında giley edir: Daha sonra narazı vətəndaş yazır: "eyd edim ki, böyük bir məbləğin 70% yə yaxın hissəsini ödədim... Lakin böyük bir səhvə yol verdiyimi anladım. 6 ay keçməsinə baxmayaraq mənzilim üçün sifariş verdiyim mebel hələ də hazırlanıb mənə təhvil verilməyib və bu gedişlə də təhvil verilməsi inandırıcı deyil... Uzun sözün qısası: Siz də tanıyın bu şirkəti... və əsla pulunuzu və vaxtınızı onlara etibar etməyin. Bu arada məlumat üçün deyim gələn bəzi mebellər geri qaytarıldı... Fotolardan aydın olacaq səbəbi..." İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |