Əsas Səhifə > Hadisə, Manşet > "Rövşən Bağırov gələndən bəri Ağsu daha da bərbad günə qalıb..."

"Rövşən Bağırov gələndən bəri Ağsu daha da bərbad günə qalıb..."


15-12-2021, 10:22
"Rövşən Bağırov gələndən bəri Ağsu daha da bərbad günə qalıb..."
DİA.AZ: - "Rövşən Bağırov gələndən bəri Ağsu daha da bərbad günə qalıb". DİA.AZ bildirir ki, bu sözlər redaksiyamıza Ağsu sakinləri adından edilən müraciətdə yer alıb.

Narazı vətəndaşlar yazırlar: "Bu ilin aprel ayından Ağsuya icra başçısı təyin olunan Rövşən Bağırov gəldiyi ilk gündən sakinlər tərəfindən elə də ciddi etimadla qarşılanmamışdı. Sözün doğrusu budur. Çünki biz onun Lerikdə başçı olanda camaatı necə incitdiyini mətbuatdan oxuyurduq.

Amma yenə də əvvəlki başçıdan yaxşı olacağını düşündük. Hər gələn təzə isə, maləsəf, köhnəsinə rəhmət oxutdurur. Təəssüf ki, Azərbaycanda belədir. Rövşən Bağırov da Ənvər Seyidəliyevə rəhmət oxutdurur.

Nələr dəyişdi rayonda? Camaatın firavanlığı baxımından HEÇ NƏ! Belədə isə dünənə qədər Ənvər Seyidəliyevə və onun yaxınlarına məxsus olan obyetklər bir-birinin ardından təzə başçının nəzarətinə keçir. Yəni camaata yox, özünə gün ağlayan Rövşən Bağırov da bu bir neçə ayda bundan sonra da necə işləyəcəyini hamıya aydın şəkildə nümayiş etdirib.

Sakinlərin başçının qəbuluna düşməsi də bir ayrıca böyük problemdir. Pandemiyanı bəhanə edən Rövşən Bağırov qəbulları heç bir səlahiyyəti olmayan RİH işçilərinə ötürür. Sanki onun canı müqəddəsdir, qəbullarda o xəstələnə bilər, amma RİH işçiləri yox... Fərqi nədir ki, sakinlərlə kim görüşdü? Bunun sakinlərə fərqi var, amma onlar üçün fərqi olmamalıdır. Yəni Rövşən Bağırov bu yolla öz işçilərini təhlükəyə atır?

Təbii ki, yox... Burada əsas məqsəd sakinlərlə təmasdan qaçmaqdır və burada pandemiya bəhanəsi işinə yarayır.

Ona görə də biz ağsulular böyük həsrətlə pandemiyanın nə zaman bitəcəyini gözləyirik ki, Rövşən müəllimin gül camalını görə bilək.

Təzə başçı da istəmirik. İstədik... nəticəsini gördük. İstədiyimiz başçının üzünü canlı görməkdir, televizordan yox..."

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt