Əsas Səhifə > Hadisə, Manşet > Genefondumuzu hədəfə alan MÖHTƏKİRLİK...
Genefondumuzu hədəfə alan MÖHTƏKİRLİK...30-12-2021, 10:34 |
Son illərdə bir çox doğum evlərində yeni doğulmuş körpələrə süni qidaların verilməsi problemi ilə üz-üzəyik. Bir çox valideynlər özləri də bilmədən inandıqları həkimlər, tibbi heyyət tərəfindən aldadılır və uşaqlar elə həkimlər tərəfindən süni qidalara öyrəşdirilir. Bu mövzuya daha əvvəllər də toxunmuşuq. Lakin bilməyənlər üçün bir daha qeyd edirik ki, hazırda fəaliyyər göstərən doğum evlərinin bir çoxu süni qida şirkətləri ilə əlbirdir və körpələr dünyaya gələn kimi anaların naşılığından istifadə edilərək, körpələr ana südündən məhrum edilir. Hətta bir çox xəstəxanalar var ki, anaları, “südün azdır”, uşaq sənin südünlə doymaz”, “ süni qida verməsək uşaqda sarılıq əmələ gələr”, “ çəkisi çox düşər” və s. şablon sözlərlə aldadırlar. Təbii ki, yeni övlad sahibi olmuş, hələ nəyin doğru, nəyin yalnış olduğunu bilməyən analar isə bununla tələyə düşürlər. Körpələr isə xəstəxanada olduqları 3 gün boyunca butulkaya, süni qidanın dadına öyrəşir. Evə buraxıldıqdan sonra isə uşaq ana südündən imtina edir. Çarəsiz valideyn isə “od qiymətinə” olan süni qidalara üz tutmalı olur. Burada qazanan isə təbii ki, faiz götürən xəstəxana, həkimlər və süni qida şirkətləri olur. Ən böyük zərbə isə gələcəyimizə olur. Ana südünün faydalarından danışmayacam. Çünki internet resurslarında bu barədə kifayət qədər materiallar, məlumatlar var. Düşünün əvəzsiz olan ana südü körpənin bədəni, inkişafı, sağlamlığı üçün bu qədər vacib olduğu halda uşaqaların bu təbii antibyotikdən məhrum edilməsi gələcəkdə hansı problemlərə səbəb olacaq və hansı bəlaları özü ilə gətirəcək. Onun üçün də anaları məlumatlı olmağa, “südüm azdır” anlayışından uzaq durmağa, övladlarının gələcəyinin məhv edilməsinə icaz verməməyə çağırırıq. Leyla Mirzə, Bizimyol.info Geri qayıt |