Əsas Səhifə > Hadisə, Manşet > "City Net’ə böyük bir sıfır... İlk fürsətdə abunəliyimə son verəcəm!"
"City Net’ə böyük bir sıfır... İlk fürsətdə abunəliyimə son verəcəm!"5-01-2022, 10:11 |
DİA.AZ: - "Şikayətim City Netdəndir". DİA.AZ bildirir ki, bu barədə Elmir Abbasoğlu adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edib. DİA.AZ narazı vətəndaşın qeydlərini təqdim edir: "1 ay əvvəl başqa providerdan bezdiyim üçün üz tutduğum City Net sağ olsun bir ay içində məni verdiyim qərara peşman elədi. Ay ərzində bir neçə dəfə internet kəsintisiylə üzləşdim. İşim online olduğu üçün işimə çox pis təsir edir belə hallar. Texniki çətinlikdir, üzərində çalışırıq deyib yola verdilər. TV xidmətləri də çox bərbaddır. Quraşdırdıqları Çinin hansısa podvalında istehsal olunmuş cihaz çox ləng işləyir, pultu xarab, play marketə çıxışı yoxdur, görüntü keyfiyyəti tez-tez pisləşir. Bu gün isə axşam saat 11-dən (artıq 6 saatdır) internet yoxdur. Mobil internetlə yazıram bu şikayəti. Telefonlarına düşmək olmur, online operatorları da yola verirlər hər zamankı kimi. City Net’ə böyük bir sıfır. İlk fürsətdə abunəliyimə son verəcəm. Ödədiyim pulu da qətiyyən halal etmirəm. Ümumiyyətlə bu ölkədə özünə və müştərilərinə hörmət edən provider varmı? Yoxsa həqiqətən də internet sürətində dünya sıralamasında ilk 140 ölkənin arasında olmamağa layiqik? Cəmi neçə ölkə var ki, dünyada?" İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |