Əsas Səhifə > Hadisə, Manşet > Almanların saldığı qəsəbədə AZƏRBAYCAN REALLIĞI...
Almanların saldığı qəsəbədə AZƏRBAYCAN REALLIĞI...13-01-2022, 09:48 |
İctimai fəal Cəfər Nərimanlı Şəmkir rayonunun Çinarlı qəsəbəsində uşaq bağçaları və məktəbin istilik problemindən yazıb. DİA.AZ sozcu.az saytına istinadən Cəfər Nərimanlının yazısını olduğu kimi təqdim edir: “21- ci əsrdə uşaq bağçası və körpələr evini isitmək üçün odun daşıyan Azərbaycan müəllimələri. Məkan Şəmkir Rayonu Çinarlı qəsəbəsi 4 saylı uşaq bağçası və körpələr evi. Qeyd edim ki, bu kənddə 1 saylı orta məktəbdə də məhz isitmə sistemi odunladır. Bir məsələni də deyim ki, bu kənd dağda falanda yerləşmir, heç yolu da elə şəhər mərkəzindən uzaqda deyil və kənddə qaz, işıq mövcuddur. Sadəcə, bağçalar və məktəblərin əksəriyyəti məhz odun yandırmaqla isidilir. İnsanı bir sual düşündürür, görəsən nə zaman bitəcək bu ölkədə kəndlinin də, elə şəhərlinin də zülmü, iztirabı?! P.s. Bağça yerli icra nümayəndəliyi və bələdiyyə ilə cəmi 40-50 mtr məsafədə yerləşir”. Xatırladaq ki, Çinarlı qəsəbənin əsasını almanlar qoyub. Bura məskunlaşan almanlar buranı Georgsfeld adlandırıblar. 1932-ci ildə qəsəbənin adı dəyişdirilərək Lenin və ya Leninfild olub. Burada yaşayan almanlar İkinci dünya müharibəsi zamanı məcburi olaraq başqa yerlərə köçürülmüş və 1948–1953-cü illərdə məcburi olaraq Ermənistandan gələn azərbaycanlılar burada yerləşdirilmişdir. Çinarlı qəsəbəsi 1991-ci ilə kimi Lenin qəsəbəsi adlanırdı. Geri qayıt |