Əsas Səhifə > Hadisə, Manşet > Şəkiyə ayrılan büdcə pulları `ETİBARLI ƏLLƏRDƏDİR`...
Şəkiyə ayrılan büdcə pulları `ETİBARLI ƏLLƏRDƏDİR`...18-01-2022, 10:04 |
Qanunvericilikdə məmurun bizneslə məşğul olması qadağan edilsə də, Şəkinin icra başçısı üçün bu qanun deyəsən, keçərli deyil. İcra başçısı Elxan Usubovun adına iki şirkət var. Bununla bağlı məlumatı araşdırmaçı-jurnalist İsmayıl İslamoğlu “Facebook” hesabında paylaşıb. “CHEMİCO CO LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1996-cı ilin iyulunda, “A.Q.T.İ.M.” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ilin fevralında qeydiyyatdan keçib. Hər iki şirkətin təsisçisi və qanuni təmsilçisi Elxan Usubovdur. “A.Q.T.İ.M.” MMC-nin hüquqi ünvanı olan, AZ1108, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, 2095-2096-CI MƏHƏLLƏdə isə oğlu yaşayır və orada qeydiyyatdadır. Şəkinin icra başçısı Elxan Usubovun şəkidə dağlar qoynunda geniş mənzərəli bir villası da mövcuddur. (fotonu bura yerləşdirmişəm) İndi çıxıb təkzib etsin ki, o bizneslə məşğul olmur. Bu arada, başçının digər əmlaklarının siyahısını da yazıram, bəlkə sizlər üçün maraqlı olar görəsən Elxan müəllimin daha nələri var? Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil – Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil – Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında mənzil – Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi – Şəkidəki süd zavodu – Şəkidə fəaliyyət göstərən sanatoriyalar – Şəkidəki “Sünbül” çörəkbişirmə sexi – Şəki, M.F.Axundov prospektində Hotel və Restoran – Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri – Oğuzda meşədə restoranı – Ağstafada bir neçə obyektlər – Mingəçevirdə obyektləri – Bakıda, Şağan Sun City ərazisində böyük bağı – Gürcüstanda böyük fındıq zavodu Mənbə: Busaat.az Geri qayıt |