Əsas Səhifə > Hadisə, Manşet > "Azəriqaz" camaatı ÜSYANA SÜRÜKLƏYİR?

"Azəriqaz" camaatı ÜSYANA SÜRÜKLƏYİR?


19-01-2022, 11:13
"Azəriqaz" camaatı ÜSYANA SÜRÜKLƏYİR?
DİA.AZ: - "Azəriqaz" bu gün barəsində ən çox şikayət edilən qurumlardan biridir, desək yanılmarıq. DİA.AZ bildirir ki, hər halda, sosial şəbəkələrdəki vətəndaş gileylərindən, narazı sakinlərin haray səslərindən belə qənaətə gəlmək olar...

***

- Salam ! 1-saatdan artıqdırki - Mehdiabadda - Natavən küçəsində qaz kəsilib - 104 və 108 tel - cavab vermir - QAZ NƏ VAXT OLACAQ ? NƏ VAXT - 104 və 108 cağrı mərkəzində dövrün tələblərinə cavab verən xidmət mümkün olacaq ?…

- Bir aydir yeni Ramana a qaz yoxdur biabiricilqdi musteri xidmetini 185 cavab vermir baxan yoxdu biabirlciliqdi, ay Socar numayendiliyi baxin zhmt olmasa 185 ve 104 ishleyir??

- Nesimi rayonu Mir Celal kucesinde seherden qaz kesilib. Bir gun kifayet etmir temir edesiz ?

- Gosterdiyiniz xidmetiniz duwmencesinedi.Aperatir 5 deq gozletdi ve 66 qep cixdi.Gozunuzden gelsin menim pulum.

- Ala bu qaza saygac qoymusuz icinde qaz yoxdu

- Ağdaş rayonuN.Nərimanov küçəsində qaz turbalarına motor qoyulub.qaz istifadə etmək olmur.heç kəsə də maraqlı deyil.hələ yaydı.qazdan istifadə etmək olmur.

***

Qeyd edək ki, bunlar "Azəriqaz"dan hər gün edilən şikayətlərin çox cüzi hissəsidir. DİA.AZ olaraq növbəti belə bir şikayəti təqdim edirik:

"Şikayətim Qaz idarəsindəndir. İstehlakçıya məlumat verilmədən qaz kəsilir. Niyə?!" DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı şikayətində istifadəçi Cəfər Cəfərov qeyd edir.

"Azəriqaz" camaatı ÜSYANA SÜRÜKLƏYİR?

Daha sonra narazı vətəndaş yazır: "O boyda müqavilə imzalamışıq, orada qeyd olunub ki , 5 gün əvvəldən məlumat verilməlidir. Heç bir halda istehlakçıya məlumat verilmir, hüququmuz pozulur!!"

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt