Əsas Səhifə > Hadisə, Manşet > Səlim Müslümovun qardaşı ətrafında ŞÜBHƏLİ OLAYLAR...
Səlim Müslümovun qardaşı ətrafında ŞÜBHƏLİ OLAYLAR...21-01-2022, 11:08 |
Sabiq nazir Səlim Müslümovun nələr yaşadığını hər bir ölkə vətəndaşı bilir. DİA.AZ xəbər verir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb. Korrupsiya və sair cinayətlərdə təqsirli bilinərək həbs olunan sabiq nazirin qardaşı Radim Müslümov hələ də İsmayıllı rayonu üzrə maliyyə idarəsinin rəisi vəzifəsində çalışır. Maraqlı tərəflərin KİV vasitələrinə sızdırdıgi məlumat isə hörmətli Radim Müslümovun oğlunun həbsi barədədir. Etibarlı mənbənin sözlərinə görə,idarə rəisi Radim Müslümovun oğlu Xəzər Müslumzadə xeyli sayda vətəndaşlardan işə düzəltmək adı ilə külli miqdarda vəsaiti bank hesabı olan kartına yüklətmək yolu ilə mənimsəyib. Buna görə də Xəzər Müslumzadə haqqında Azərbaycan respublikası cinayət-məcəlləsinin tələbinə əsasən 178.2.4 cü maddəsi ilə ittiham elan edilməklə həbs edilib. Xəzər Müslümzadə 2020 ci ilin noyabr ayından,2021 ci ilin iyun ayına kimi Bakı istintaq təcridxanasında (Kürdəxanıda) tibb-sanitar hissəsində aylıq 3000 (üç min) manat pul verməklə güya cəzasını çəkib. 2020 ci il iyun ayında vətəndaşlardan aldığı pulun 25% ödədikdən sonra, xüsusi tapşırıq əsasında Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Hazırda Xəzər Müslumzadənin Yasamal rayonu ərazisində yerləşən hündürmərtəbəli binalarda 4 (dörd) şəxsi mənzilinin olduğunu qeyd edirlər. Mənbənin sözlərinə görə Xəzər Müslumzadə əmisi Səlim Müslümovun nazir olduğu dövrdə dövlət sosial fondunda işləyib və kütləvi şəkildə saxtakarlıq hallarına yol verib.Adı çəkilən şəxsin olduqca böyük qanunsuz əməlləri var və bütün bunlardan aidiyyəti orqanların xəbəri var.Sadəcə atasının pulu hesabına baş verənləri hələ ki, ört-basdır etmək mümkündür. Qeyd edək ki,Radim Müslümov sabiq əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun doğmaca qardaşıdır və hazırda İsmayıllı rayonu üzrə maliyyə idarəsinin rəisi vəzifəsində çalışır.Adı çəkilən Xəzər Müslumzadə isə Radim Müslümovun oğludur. Redaksıyadan: Mövzunu diqqətdə saxlayacağıq.Araşdırmalarımız davam edir.Qarşı tərəfi dinləməyə hazırıq. Geri qayıt |