Əsas Səhifə > Hadisə, Manşet > Meşələr ETSN-ə əmanət... ETSN də görün, kimlərə əmanət?..

Meşələr ETSN-ə əmanət... ETSN də görün, kimlərə əmanət?..


3-02-2022, 11:42
Meşələr ETSN-ə əmanət... ETSN də görün, kimlərə əmanət?..
Ekologiya və Təbii Sərvətlər nazirliyinin saxta əməllərin saymaqla bitmir. Bu saxta işlərin başında bir başa nazir müavini Vüqar Kərimov dayanır. DİA.AZ xəbər verir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.

Sayt bildirir ki, bir qrup Cəlilabad və Masallı sakinlərinin verdiyi məlumata görə, 2021-ci il üçün ayrılan qırma sahələri saxtadır.

Bu ittihamla çıxış edən mənbə aşağıdakı faktları açıqlayır:

- Bir nömrəni iki ağaca vurublar;
-mailliyi 30 faizdən çox olan yerlərdə vurublar;
-Sağlam, iridiametirli və qırılması qadağan olan ağaclara vurublar;
-Doluluq faizi aşağı olan (0.6) meşələrdə vurublar və s.

Bütün bunlar isə ona xidmət edir ki, qiymətli ağaclar oduncaq adıyla qırma qeydə alınıb material kimi kəsib satılır.

"Biz dəfələrlə şikayət vermişik ki, yoxlama gəlsin, bizim iştirakımızla gedək və biz də yuxarıda yazılan saxtakarlıqları nazir müavini Vüqar Kərimova sübut edək.
Day yalandan bizim iştirakımız olmadan saxta yoxlamalar keçirdib özlərinə sərf edəni yazmasınlar" deyə narazı sakinlər bildirirlər.

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt