Əsas Səhifə > Hadisə, Manşet > Naxçıvanda hərbçilərdən NARAZILIQ...

Naxçıvanda hərbçilərdən NARAZILIQ...


4-02-2022, 10:19
Naxçıvanda hərbçilərdən NARAZILIQ...
DİA.AZ: - Naxçıvanda zabitlərin illik məzuniyyət müddəti 45 gündən 30 günə endirilib. Bundan əlavə, onlara verilən məzuniyyt pulu kəsilir, yerdə qalan məzuniyyət günləri hərbçilərin iradəsindən kənar təyin olunur. DİA.AZ xəbər verir ki, bu haqda hərbçilərin özləri məlumat verib. Onlar əlavə olaraq deyir ki, gizirlərin məzuniyyəti 35 gündən 25-ə, MAXE-lərinki isə 30 gündən 15-ə endirilib. Naxçıvandakı N saylı hərbi hissənin zabiti M.G (təhlükısizlik baxımından ad və soyadı tam göstərmirik) deyir ki, bu qanunsuzluğa etiraz edəndə isə, onları hərbi prokurorluqda hədələyirlər:

"Azərbaycanda qanunla zabitlər üçün 45 gün məzuniyyət nəzərdə tutulur. Bundan əlavə məzuniyyəti də komandanlıq birlikdə razılaşdırmaq, istədiyin vaxt götürə bilərsən. Naxçıvan isə tamam başqa ölkədir sanki. Məzuniyyəti 30 günə salıblar, həm də özləri nə vaxt istədi, o zaman göndərirlər. Bundan əlavə, məzuniyyət pulu ya tam kəsilir, ya da cuzi bir hissəsi verilir. Bəzilərimiz naxçıvanlı deyilik və qohumlarımız görmək üçün məzuniyyətdə Bakıya getməli oluruq. Qanunla buna görə bilet pulunu da dövlət ödəməlidir. Onu da mənimsəyirlər. Etiraz edəndə, haqqını tələb edəndə hərbi prokurorluğu çağırırlar ki, bu zabit əmrə tabe olmur, cinayət işi açın basın içəri. Məcbur olub susuruq. Sonra da deyirlər ki, vətəni qoruyun. Vətəni qorumaq borcumuzdu, ancaq siz də bizim haqqımızı yeməyin".
Digər bir hərbi hissədə MAXE işləyən başqa bir şikayətçi deyir ki, onların məzuniyyət günləri isə tam yarıbayarı azaldılıb. Bundan əlavə, həmin günləri də birdəfəlik məzuniyyət götürmək olmur. Çünki, bu günlər də əlavə olaraq 3-4 hissəyə bölünür:
"Normal məzuniyyətimizi götürüb, bir iş görə bilmirik. 30 gündən 15 günə endiriblər, onu da normal vermirlər. Özləri istədiyi vaxt, bir ay 3 gün, bir ay 5 gün buraxmaqla, hissə-hissə verirlər. Səsimizi çıxaranda işdən çıxarmaqla, cinayət işi açmaqla hədələyirlər. Deyirlər elə maddə ilə işdən çıxararaq ki, ömür boyu özünüzə iş tapmazsız. Bizimlə həbsxanadakı dustaq kimi rəftar edirlər. Heç intizam batalyonundakə əsgərlə bu cür rəftar olunmur. Eyni qaydalar ikinci Qarabağ müharibəsində canını qoyanlara da şamil olunur".
Məsələyə münasibət öyrənmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmadı.

Geri qayıt