Əsas Səhifə > Hadisə, Manşet > Bakı metrosu ilə "Araz Motors" MMC arasındakı TENDER MƏHRƏMLİYİ
Bakı metrosu ilə "Araz Motors" MMC arasındakı TENDER MƏHRƏMLİYİ12-02-2022, 10:53 |
DİA.AZ: - Ayrı-ayrı dövlət qurumlarının tenderlərindəki şübhəli məqamlar zaman-zaman aidiyyatı orqanların da diqqətini cəlb etməkdədir ki, məhz bu səbəbdən rəsmi müdaxilələr nəticəsində hansısa tenderlərin ləğvi xəbərlərini də eşitməkdəyik. DİA.AZ bildirir ki, amma görünənə görə, bu hallar belə ölkədəki tender işbazlarını geri addım atmağa vadar edə bilmir. Və yaxud da adamlar o qədər özgüvən sahibləridir ki, hətta barlələrində hansısa ölçünün götürlə biləcəyini, ən yumşaq formada isə tenderlərinin ləğv ediləcəyini belə güman etmirlər. Belələrindən biri də ölkənin baş metroçusu Zaur Hüseynovdur desək yanılmarıq. “Bakı Metropoliteni” QSC-nin tender sövədələşmələrinə nəzər yetirdikdə də bunu sezmək mümkündür. Elə son tender hoqqabazlığından da bu aydın görünür. DİA.AZ xəbər verir ki, son olaraq "Bakı Metropoliteni" QSC yük, minik avtomobilləri, xüsusi texnikaları və təsərrüfat qatarları üçün ehtiyyat hissələrinin satınalınması ilə bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi "Araz Motors" MMC olub. Qalib şirkətlə 2 398,709 min manat məbləğində satınalma müqaviləsi imzalanıb. Qeyd edək ki, "Araz Motors" MMC Zaur Hüseynovun sevimli ortaqlarındandır və buna qədər də bir neçə tenderdə Bakı Metropliteni tərəfindən məhz "Araz Motors" MMC QALİB ELAN OLUNUB. Məsələn, "Bakı Metropoliteni” QSC 2020-ci ilin may ayında avtomobil, maşın və mexanizmlər üçün ehtiyyat hissələrinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderdə də "Araz Motors” MMC-ni qalib elan etmişdi və tenderin şərtlərinə görə, qalib şirkətə 2,331 milyon manat vəsait ödənilmişdi. Bu iki fakt beelə yetərlidir ki, Bakı metrosu ilə "Araz Motors" MMC arasındakı TENDER MƏHRƏMLİYİNİ aidiyyatı qurumlar gözucu da olsa, incələsinlər... Bizdən demək... İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |