Əsas Səhifə > Hadisə, Manşet > Dəmiryolundan QUMAR BİZNESİNƏ UZANAN CIĞIR...
Dəmiryolundan QUMAR BİZNESİNƏ UZANAN CIĞIR...17-02-2022, 09:40 |
Azərbaycanda mərc oyunları ümummilli bəlaya çevrilib, vəziyyət o qədər ağırlaşıb ki, bukmeyker bazarı adı altında ölkədə böyük sosial bəlalara səbəb olan qoumar oyunları indiyə qədər on minlərlə ailənin dağılmasına və intiharlara da səbəb olub. Heç kəsə sirr deyildir ki, ölkədə ən məşhur qumar biznesinin – “Topaz”ın, “1XBET”in, “MOSTBET” qumar oyunlarının başında “Azərbaycan Dəmir Yolları” ASC-nin sədri Cavid Qurbanov dayanır. Sərhədsiz biznes imperiyasaına sahiblənən C.Qurbanovun “Topaz” 1XBET”in, “MOSTBET” biznesi hazırda dövlətçilik üçün də ciddi təhdid vasitəsinə çevrilib. İnsanlar müxtəlif reklam üsulları ilə aldadılır, onlar bukmeyker bazarına cəlb edilir və nəticədə bütün əmlakı, maaşı, dolanışıq xərcləri əlindən çıxır. Xəbəral.az olaraq, dəfələrlə qumar oyunları haqqında silsilə yazılarımız olsa da, sözsüz ki, bizim Cavid Qurbanovun puluna gücümüz çatmaz.Buna görə də qumar oyunları, sarı sarmaşıq kimi hər yeri öz cənginə almaqdadır. Açıq aşkar görsənir ki, məhz bu bir manapoliyadır .Cavid Qurbanov manapoliyası! Saytlarda gedən reklamlar, onu göstərir ki, Cavid Qurbanovun qumar bazarı açıq-aşkar fəaliyyətdədir. Xəbəral.az bildirir ki, Hər halda nə qədər qazanc mənbəyi olsa da, dövlətçiliyin əsaslarını sarsıdan “Topaz”la “1XBET”in, “MOSTBET” qumar oyunları ilə bağlı ortaya ciddi iradə qoyulmalıdır. Artıq C.Qurbanov bukmeyker bazarındakı bütün rəqiblərini də sıradan çıxarıb, özünə alternativ qoymayıb. O, digər mərc oyunlarının ölkədəki təbliğini, pul yatırımlarını demək olar ki, tamamilə kəsib. Mövzuya qayıdacağıq… Qarşı tərəfin mövqe haqqını tanıyırıq. //Xəbəral.az// Geri qayıt |