Əsas Səhifə > Hadisə, Manşet > Mehdi Səlimzadə NİYƏ GETMƏLİ İDİ?..

Mehdi Səlimzadə NİYƏ GETMƏLİ İDİ?..


16-03-2022, 10:20
Mehdi Səlimzadə NİYƏ GETMƏLİ İDİ?..
Son vaxtlar Göyçay Rayon İcra Hakimiyyətində yarpaq tökümü baş verir. Neçə vaxtdır ki, icra hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qanun pozuntuları ilə bağlı yoxlamalar başlayıb. Arda-arda həbslər və vəzifədən kənarlaşdırılmalarla bağlı mediada məlumatlar yayılır. Ötən gün isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Vahid İsayev saxlanılıb.

Vahid İsayev ötən 15 il ərzində 5 icra başçısının köməkçisi vəzifəsində çalışıb. Hazırda çalışdığı qurumdakı qanun pozuntuları ilə bağlı ittiham olunur.

Vahid İsayevdən sonra növbə icra hakimiyyətində çalışan digər səlahiyyətlilərə çatıb və icra başçısının müavinləri ilə yanaşı digər vəzifəlilər də Göyçay Rayon Prokurorluğunda dindirilib.

Səbəb sabiq Göyçay icra başçısı Mehdi Səlimzadənin adının korrupsiya əməllərində və külli miqdarda rüşvət mənimsəməsində hallanmasıdır. Prezident İlham Əliyevin sərəncamı ilə fevralın 28-də işdən çıxarılan Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin də yaxın günlərdə həbs olunacağı iddia olunur. 2016-cı il iyunun 10-dan bu ilin martına qədər vəzifədə olan Mehdi Səlimzadənin iri məmurlarla qohumluq əlaqəsi olduğu və uzun illər müxtəlif vəzifələrdə

DİA.AZ xəbər verir ki, Bizim.Media Mehdi Səlimzadənin 6 illik fəaliyyətindəki neqativləri araşdırıb.

Məlum olub ki, sabiq icra başçısının adı dəfələrlə müxtəlif qalmaqallarda çəkilib və barəsində dövlət qurumlarına şikayətlər edilib.

Mehdi Səlimzadə Göyçay rayonuna icra başçısı təyin olunandan sonra fermerlərə, bələdiyyələrə məxsus torpaq sahələrinə əl qoyub. Göyçay şəhərinin işıqlandırılması, infrastruktur, binaların üst örtüyünün yenilənməsi, eləcə də kommunal xərclərdən gələn vəsaitləri mənimsəməkdə ittiham olunur.

Dəfələrlə mərkəzi orqanlara barəsində şikayətlr göndərilsə də, icra edilməsi üçün elə onun özünə yönləndirilib. Mehdi Səlimzadə təkcə Göyçay rayonunda torpaqların suvarılması üçün sovet dönəmində tətbiq edilmiş 500.000 metrdən çox çürüməyən qiymətli metaldan düzəldilmiş boruları torpağın altından çıxartdıraraq satıb. Bir sözlə 6 illik fəaliyyətində rayonu viran qoyan və faktiki olaraq heç bir yeniliyə imza atmayan Mehdi Səlimzadənin bir çox müəssisə, bələdiyyə rəhbərləri ilə də mübahisədə olduğu bildirilir.

Sabiq başçı ilə Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyev arasında dəfələrlə intriqa yaşanıb.

Belə ki, rayonda hər evdən aylıq zibilpulu adı altında 3 manat pul yığılıb ki, bu da ayda 30.000 manat pul edib. Aralarındakı mübahisə də məhz bu məsələdən qaynaqlanıb. Belə ki, yığılan pulun 30.000 manatının 10.000 manatı hər ay Mehdi Səlimzadəyə çatırmış. Sabiq icra başçısı bununla razı olmayaraq, daha çox məbləğin, konkret desək 30 minin 20 min manatının ona çatmasını tələb edib.

Bu səbəbdən qarşı tərəflə aralarında zaman-zaman mübahisələr yaşanıb. Mehdi Səlimzadə hər vəchlə Loğman Əliyevin yerinə qardaşı oğlu Əlini gətirməyə çalışıb. Amma bu baş tutmayıb. Loğman Əliyev korrupsiya yolu ilə əldə etdiyi pulların müəyən miqdarını icra başçısına verən zaman diktofonla onun səsini gizli formada yazıb. Məhz bu səsyazısına görə Mehdi Səlimzadə arzusuna çatmayıb.

Qeyd edək ki, Loğman Əliyev hazırda həbsdədir və iddiasına görə barəsində qondarma cinayət işi açılıb.

O, cinayət ittihamında qeyd edilən 250 000 manat pulun əksinə Mehdi Səlimzadə tərəfindən mənimsənildiyini iddia edib və bunu subut edəcəyini də qeyd edib.

Hazırda rayona icra başçısının birinci müavini İkram Vəliyev rəhbərlik edir.

Geri qayıt