Əsas Səhifə > Hadisə, Manşet > "Məcburi qaydada pulumuzdan tutulur, özümüzsə əziyyət çəkirik"

"Məcburi qaydada pulumuzdan tutulur, özümüzsə əziyyət çəkirik"


11-04-2022, 09:58
"Məcburi qaydada pulumuzdan tutulur, özümüzsə əziyyət çəkirik"
DİA.AZ: - "Əlimizdə ürək inistituna göndəriş olsa da, bizi təcili yardımla aparmaqdan imtina edirlər". DİA.AZ bildirir ki, bu barədə Bakı sakini Nağı Allahverdi sosial şəbəkədəki şikayətində bildirir.

"Məcburi qaydada pulumuzdan tutulur, özümüzsə əziyyət çəkirik"

Daha sonra narazı vətəndaş yazır: "Daha doğrusu, təcili yardım yox, mərkəzləşdirilmiş 103 xidməti... Dövlətimizə vergi ödəyirik, sığortadan faydalanmasaq da, məcburi qaydada pulumuzdan tutulur, özümüzsə əziyyət çəkirik.

103 xidmətinin dediyinə görə, gərək ürək inistituna gedib ordan həkim tapıb bron edək, sonra xəstəni aparaq. Bu nə oyundur anlamıram. Anladığım odur ki zibilə düşmüşük.

Prezident Administrasiyasında yaradılmış "1111" və "1542" nömrələri ilə əlaqə saxlasaq da, hələ ki səs-səmir yoxdur. Pulumuzu da alırlar, canımızı da... Vampir kimi qanımızı da sovururlar..."

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt