Əsas Səhifə > Hadisə, Manşet > Əlil olmaq istəyənlərə saxta diaqnozlar yazılır...

Əlil olmaq istəyənlərə saxta diaqnozlar yazılır...


25-04-2022, 08:45
Əlil olmaq istəyənlərə saxta diaqnozlar yazılır...
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kordiologiya İnstitutunda əlil olmaq istəyən və ya əlillik üçün təkrar müraciət etmək istəyən vətəndaşlara maddi maraqlar müqabilində heç bir həqiqəti əks etdirməyən sənədlərin verilməsi prosesi gedir. Hələlik əlimizdə olan bir sıra sənədlərlə onu deyə bilərik ki, İnstitutun bəlli bir kəsimi Biləsuvardan olan çoxsaylı pasientlərlə əlaqəyə girərək onların sağlamlıq vəziyyətini təhrif edən diaqnozlar düzüb-qoşaraq elektron sistemə yerləşdirilmədən vətəndaşlara saxta hesab edilən EPİKRİZ nümunələri paylayırlar. Bu isə sənədlərin bilə-bilə saxtalaşdırılması cinayəti sayılır.
DİA.AZ xəbər verir ki, Demokratik.Az saytının əldə etdiyi sənəd nümunələrində EPİKRİZləri öz imzası ilə təsdiq edən kardioloq-həkimlər Kərimova Lalə Qabil qızı və Xudiyeva.G.M soyadlı xanımlardır. Ehtimal etmək olar ki, məhz adıkeçən həkimlər EPİKRİZlə bərabər guya müayinə və müalicədən keçənlərə istədikləri analiz nəticələrini və exokardioqrama nümunələrini almaqda da vasitəçilik edirlər.

Mənbəmizin bildirdiyinə görə, sözügedən ünvanda sağlam adamlara belə sənədlərin yazılması, rüşvətlə insanların real sağlamlıq vəziyyətinin ağırlaşdırılması və xəstələrin bu yolla aldadılması adi haldır. Eləcə də verilmiş sənədlərin elektron müraciət zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən tanınmadığı, sənədlərdə yazılanların bazaya yerləşdirilmədiyi, ambulator-konsultativ poliklinika şöbəsinin adından yazılan sənədlərin saxtalaşdırılaraq sadəcə mövcud kağızlarda cızmaqara edildiyi iddia edilir.

O da bildirilir ki, deyilən özbaşınalıqlardan əziyyət çəkən, aldadılaraq maddi zərər görən 100-lərlə adam var. Onların rayonlardan Bakıya kim tərəfindən göndərildiyi, şəbəkənin uzantılarının tezliklə müəyyən edilərək aşağıda təqdim edəcəyimiz sənədlərə hüquqi qiymətin verilməsi hesab edirik ki, olduqca vacib faktordur. Fakt özlüyündə korrupsiya əməlidirsə, digər tərəfdən də əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində aparılan müsbət işlərə kölgə salmaqdır.
İnanaq ki, deyilənlər İnstitutun rəhbəri direktoru Gülnaz Dadaşova üçün də araşdırma mövzusu olacaq, o da əgər xəbərsizdirsə...

Əlil olmaq istəyənlərə saxta diaqnozlar yazılır...
Əlil olmaq istəyənlərə saxta diaqnozlar yazılır...
Əlil olmaq istəyənlərə saxta diaqnozlar yazılır...

Geri qayıt