Əsas Səhifə > Hadisə, Manşet > Diasporada yeyilən BÜDCƏ PULLARI...
Diasporada yeyilən BÜDCƏ PULLARI...29-04-2022, 10:20 |
Azərbaycan Diasporası yoxsa "Elegant Travel Destination Management Company”? Bu Travel şirkətinin adı heç kimə tanış gəlməsə də Azərbaycan Diaspora üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradova yaxşı məlumdur. Sözügedən "Travel” şirkətini illərdir sirr kimi saxlayan Fuad Muradov diasporanın fəaliyyətinə də qara pərdə endirir. Muradov hesab edir ki, Azərbaycan Xalqının gözünə "V Qurultayı” kül kimi üfürərək, pərdə arxasından "Elegant Travel” şirkətində qaz vurub, qazan doldurdu və üstəlik bunu heç kəs anlamadı… Amma Qurultay başlamazdan əvvəl də, biz Cənab Prezidentə müraciət edərək, qurultayın keçirilməsi ilə böyük maliyə silinməsidiyini nəzərdə tutulduğunu söyləmişdik. Fuad Muradov bizi yanıltmadı. Qurultaya əksəriyyəti, fəaliyyətləri və arzuları "Şuşada və Xankəndində çaxır içməkdən” ibarət olan, dillərini, amallarını, orda olmağın əsas məqsədini, hətta özünü belə unudan insanları toplamaqla Fuad Muradovun şəxsi turizm şirkəti olan "Elegant Travel” in gəlirini xeyli artırmış oldu. Əldə etdiyimiz məlumata görə, 400 nəfərlik Qurultayın gəliş-gediş, qonaqlaması və yemə-içməsi Azərbaycan Dövlət üzrə Diaspora Komitəsinin hesabından silinərək, Fuad Muradovun şəxsi turizm şirkətinə ödənilib. Əslində vəziyyət illərdir bu cür mexanizmlə davam edir. Lakin bu dəfə Fuad Muradovun bəxti gətirmədi, artıq tamah baş yardı. İndi isə Fuad Muradovun "Elegant Travel” şirkəti haqqında bir az danışaq. Bu şirkətin mərkəzi ofisi İsrailin Təl-Əviv şəhərində yerləşir. Nədənsə həmin şirkətə Cəmilə Talıbzadə adlı gənc bir xanım nəzarət edir. Bu xanım nə ivrit dilini, nə də ingilis dilini bilmir. Rus dilli olan bu xanım, görəsən İsrailə gələn turistləri necə anlayır? Deməli, bu baravan şirkət birmənalı olaraq Azərbaycan dövlətindən oğurlanmış pulların yuyulması üçün istifadə olunur. Azərbaycan dilindən və İslam dinindən əlil olanlar… Bu əlillik birbaşa ruhun, zehniyyətin və qəlbin əlliliyidir. Azərbaycanın vaxtı ilə İslam Əməkdaşlıq Təşkilatına sədrlik edən bir dövlət olmasını unutmamalıyıq. Dünya ictimaiyyəti də, Azərbaycanı müsəlman ölkəsi olaraq qəbul edir. Amma bizim dünya ictimaiyyətinə verdiyimiz mesajlar hər kəsi müsəlman olub -olmamağımızla bağlı bir dəfə də düşünməyə vadar edir… Biz 44 günlük müharibə zamanı 3000-ə yaxın şəhid verən müsəlman dövləti olaraq, Şeyhülislam Allahşükür Paşazadəni bir dəfə ekrana çıxıb, şəhidlərimiz üçün nə "Fatihə” oxuyan gördük, nə Ramazan ayında bir ehsan verdiyini, nə də iftar süfrəsi açtığını görmədik… Dünya da buna şahidlik etdi. (Bu məsələyə daha sonra daha detallı qayıdacağıq.) Azərbaycan dilindən əlil olan Fuad Muradov da eyni məsələni V Qurultayda təkrarladı. Ramazan ayına təsadüf edən qurultaya dəvət olunan "soydaşlarımız”ın bir neçəsi Şuşada şərab və çaxır içdiklərini, eyni tendensiyanı Xankəndində də təkrarlamaq niyyətində olduqlarını açıq- aşkar xalqa nümayiş etdirməkdən çəkinmədilər… Azərbaycanın nüfuzunu İlham Əliyev qaldırmaq üçün çırpınsa da, əfsuslar olsun ki, Azərbaycan dilindən və İslamin dəyərlərindən əlil olanlar dövlətimizi nüfuzdan salmaq üçün əllərindən gələn hər bir rəzilliyi edirlər… Müraciətimizi və bütün bu olanları diqqətə alan Cənab Prezident İlham Əliyevin də bu məsələlərin gözündən qaçmadığını bir neçə məqamı xatırlayaraq, görmək mümkündür. V Qurultayda çıxış edən Cənab Prezident Fuad Muradovla görüşmədi. Onun üçün heç bir müsbət söz söyləmədi. Qurultaydan sonra isə, sosial media hesabından yazdığı fikirlərlə, qurultaydakı cəmiyyətin Azərbaycan dilindən əlil olanlardan ibarət olduğunu və görmək istədiyi cəmiyyətin bu olmadığını vurğalayacaq sözlər istifadə etdi. Redaksiyamıza Gürcüstandan, İsveçdən, Niderlanddan, Qırğızıstandan, Almaniyadan saysız hesabsız diaspora ilə bağlı şikayətlər daxil olmağa davam edir. Hər birini diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Haqq -ədalət öz yerini tutmalıdır. Dövlət vəsaitini talan edən çalan hər kəs birmənalı olaraq cəzalandırılmalıdır. Diaspora rəhbərliyinə həqiqətən Vətəni sevən, Şuşadan, Xankəndindən danışmağa haqqı olan, ən əsası Azərbaycan dilindən və İslam dininin dəyərlərindən əlil olmayanlar gətirilməlidir. Dilimiz və dinimizə hörməti olmayan bir şəxsdən Azərbaycan xaqına və dövlətinə ancaq zərər gələr. P.S. Sözügedən Travel şirkəti ilə bağlı araşdırmalarımız davam edir… //voicepress.az// Geri qayıt |