Əsas Səhifə > Hadisə, Manşet > Nazirin öz işçilərindən XƏBƏRİ VARMI?
Nazirin öz işçilərindən XƏBƏRİ VARMI?3-05-2022, 09:31 |
Peşə fəaliyyətimizlə bağlı apardığımız müşahidələrə, topladığımız təcrübəyə, işgüzar yazışmalarımızdan gəldiyimiz qənaətə əsasən təxmin edirik ki, bu məqaləmizdə tənqidimizə tuş gələn qarşı tərəfin cavabı təxminən belə olacaq: “Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlar çərçivəsində Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələrində fəaliyyətin qanunvericiliyə uyğun təşkili, neqativ hallara qarşı mübarizə, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilir” Yəqin, nəzərimizə çatdırılacaq ki, “Regional İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə hər hansı bir neqativ halların və nöqsanların müşahidə ediləcəyi təqdirdə müvafiq tədbirlər həyata keçiriləcəkdir”. Bildiriləcək ki, “Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində də səmərəli fəaliyyətin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir”. İndi isə keçək əsas məsələyə. Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbi 1 sentyabr 1968-ci ildə yaranmışdır. Məktəbdə ilk direktor Quliyev Qaryağdı Qubad oğlu olmuşdur. Yarım əsrdən çox yaşı olan bu məktəbdə bir neçə ay bundan əvvəl əsaslı təmir işlərinin aparılması üçün vəsait ayırılıb. Təmir işlərinə başlanılan kimi binanın bayır divarlarının daş üzlükləri (aqlay) sökülərək eyni materialdan olan yeniləri ilə dəyişdirildi. Halbuki, köhnələri cilalayıb üzünü ağartmaq daha məqsədəuyğun olardı. Razılaşaq ki, bu, dövlət vəsaitinin səmərəsiz xərclənməsinə ən bariz nümunədir. Təbii, ilk ağıla gələn fikir bu olacaq ki, belə israfçılıqdan səmərə götürən işbazlar vardır. O halda da ilk şübhə sözügedən müəssisənin tabe olduğu Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin başbilənlərinin üzərinə düşür. Üstəlik, işləri yerinə yetirən fəhlələrin də zəhmət haqqının verilmədiyi bildirilir. Əldə etdiyimiz məlumatlarda həmçinin qeyd olunur ki, Nazirlik tərəfindən aparılan yoxlama nəticəsində məktəb binasının dam örtüyünün lazımi keyfiyyətdə vurulmadığı aşkarlanıb və sökülüb yenidən işlənməsi qərara alınıb. Bildirilir ki, hökumətə qiyməti 60-65 manat civarında başa gələn dam örtükləri sökülərək ayrı-ayrı müştərilərə xeyli uzuc – 25 manatdan satılır. Nazirin Beyləqan rayonuna bu yaxında gözlənilən gəlişinədək dam örtüyünü tələsik yeniləyəcəklər, yəni, yenə də israfçılıq edəcəklər. dia-az.life-ın məlumatına görə, RealMedia-az.life -ın redaksiyasına daxil olan informasiyalarda qeyd edilir ki, Regional İdarənin musiqi məktəbinin əsaslı təmiri üçün nisyə götürülmüş inşaat materiallarına görə Beyləqanda yerli sahibkarlara xeyli borcu yaranıb. Bütün bu israfçılığın, korruptiv əsaslı talançılığın gerçəkləşdirilməsində isə iş icraçısı Cəsarət adlı prarabın adı hallanır. Amma hamı bilir ki, Cəsarət bu israfçılığa yol verəcək qədər naşı da deyil, dövlətin pulunu təkbaşına mənimsəyəcək qədər cəsarətli də deyil. Mövzuya qayıdacağıq. Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Geri qayıt |