Əsas Səhifə > Hadisə, Manşet > "İcra başçımız mənə “get, dilən” deyir..."
"İcra başçımız mənə “get, dilən” deyir..."5-05-2022, 09:19 |
Göyçay rayonu, Çərəkə kənd sakini Əli Şakir oğlu Əhmədov 4 azyaşlı övladı ilə birgə, uçuq-sökük bir damın altında, həddindən artıq pis şəraitdə yaşayır. Uşaqların gündəlik ərzaq tələbatını ödəməyə belə çətinlik çəkən ailə başçısı dövlətdən , dövlət qurumlarından kömək istəyir. 3 oğul, 1 qız övladı olan Əli Əhmədov deyir ki, ailəsində heç kim ünvanlı sosial yardım və ya pensiya almır. Valideynləri və həyat yoldaşı ilə birgə 8 nəfərlik bir ailəyə baxan Göyçay sakini ayda 260 manat əmək haqqı alır və o da ailənin kredit və digər ödənişlərinə gedir. Valideynləri xəstə olsa da, hazırda əmək qabiliyyətlərini itirdikləri üçün işləyə bilməsələr də, əlillik də ala bilmirlər. Ə.Əhmədov deyir ki, hazırda evində 4 xəstə var. Yaşadıqları ev isə 60 il öncə çiy kərpiclə tikilib və hazırda qəzalı vəziyyətdədir. Ə.Əhmədov onu da bildirdi ki, bu günə qədər müxtəlif qurumlara 3 min məktub yazıb və onlara 6 min manat vəsait xərcləyib. Lakin bir nəticəsi olmayıb. DİA.AZ xəbər verir ki, indi SİTAT.İNFO-ya üz tutan vətəndaş problemlərini ictimailəşdirməklə çətin günlərinə çarə tapmaq istəyir. Deyir ki, onun göndərdiyi bütün məktublar Göyçay Rayon İcra Hakimiyyətinə göndərilir. İcra hakimiyyəti isə Ə.Əhmədovun həyat yoldaşını bir xadimə işi ilə təmin etməyi boynuna götürmür. İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |