Əsas Səhifə > Hadisə, Manşet > Azərbaycan büdcəsinin pulları `sirli ünvanlara` BELƏ AXIR...

Azərbaycan büdcəsinin pulları `sirli ünvanlara` BELƏ AXIR...


9-06-2022, 10:26
Azərbaycan büdcəsinin pulları `sirli ünvanlara` BELƏ AXIR...
Bakı Sağlamlıq Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. dia-az.life-ın xəbərinə görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “MLK 22 LT” MMC (VÖEN- 1307616941) olub.
Bakı Sağlamlıq Mərkəzi tikili avadanlıqların cari təmir materiallarının satınalınması və bərpası üçün “MLK 22 LT” MMC-yə 13 min 387 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 13,4 min manatlıq tender müsabiqəsinin qalibi olan “MLK 22 LT” MMC tender elanından təxminən 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Bakı Sağlamlıq Mərkəzi tender elanını 19.05.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 05.03.2022-ci il tarixində qeydiyyata alınıb.
2 ay əvvəl yaranan şirkət Sağlamlıq Mərkəzinin reanimasiya və əməliyyatxanasında xüsusi tibbi təyinatlı, antibakterial materiallardan istifadə edərək təmir işləri həyata keçirəcək.
Maraqlıdır ki, xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün cəmi iki ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Nizamnamə kapitalı 10 manat olan “MLK 22 LT” MMC-nin hüquqi ünvanı “Yasamal rayonu, H.Q.Mustafayev, ev 11”-də yerləşir. Qanuni təmsilçisi isə Əmrahova Məleykə Fazil qızıdır.
Maraqlı məqamlardan biri də odur ki, son bir il ərzində “MLK 22 LT” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda 200-ə yaxın şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub.
Belə ki, Bakı Sağlamlıq Mərkəzinin keçirdiyi tender müsabiqəsində qalib olan “MLK 22 LT” MMC-nin qanuni təmsilçisi Əmrahova Məleykə Fazil qızı eyni gündə, eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qeydə alınan daha 4 şirkətə - "VITA AZ LT" MMC, "LUXURY STAR CORP" MMC, "STELLA ALFA CORP" MMC və "OMEGA 88 LT" MMC-lərin də rəhbəridir.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
Cəmi 8 ay ərzində “Yasamal rayonu, H.Q.Mustafayev, ev 11”-də ünvanda qeydə alınan şirkətlər bunlar olub:

Azərbaycan büdcəsinin pulları `sirli ünvanlara` BELƏ AXIR...
Azərbaycan büdcəsinin pulları `sirli ünvanlara` BELƏ AXIR...
Azərbaycan büdcəsinin pulları `sirli ünvanlara` BELƏ AXIR...

Geri qayıt