Əsas Səhifə > Hadisə, Manşet > 166 yükdaşıma: Burada işçini HAMBAL YERİNƏ QOYURLAR...
166 yükdaşıma: Burada işçini HAMBAL YERİNƏ QOYURLAR...13-06-2022, 10:54 |
“166 yükdaşıma və logistika” şirkətində əmək qanunvericiliyinin bütün tələbləri pozulur. Bu xidmətdə çalışan sürücülər bəzən suktanın 24 saatını işləməli olur. DİA.AZ xəbər verir ki, bu barədə Gununsesi.info-ya “166 Yükdaşıma və logistika” şirkətinin bir qrup sürücüsünün yazdığı məktubda deyilir. Redaksiyamıza ünvanladıqları müraciətində sürücülər bildirir ki, 500-800 manat maaş müqabilində 24 saat dayanmadan işləyirlər: “Sifarişlər çoxdur. Sürücülərin sayı isə azdır. Bütün avtomobillərdə növbətçi sürücü və yaxud da köməkçi sürücü yoxdur. Halbuki, olmalıdır. Bakıdan Qazaxa gedən sürücü, eyni vaxtda oradan, yaxud da Balakəndən yeni sifarişi icra etməlidir. Təsəvvür edin ki, bəzən 24 saat çalışmalı oluruq. Yeganə istirahətimiz isə maşına yük yığılan zaman içəridə yatmaqdan ibarətdir. Əmək qanunvericiliyi ilə tanınan heç bir hüququmuza əməl olunmur. Buna etiraz edəndə eşitdiyimiz tək cavab “ərizəni yaz, get, işləmək istəyən çoxdur” cavabıdır”. Sürücülər yazır ki, adıçəkilən şirkət Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general Ramiz Zeynalova məxsusdur: “Bəlkə də Ramiz müəllimin özünün xəbəri yoxdur. Amma buranı idarə edən qohum-əqrabalarıdır. Bütün qanunsuzluğu onlar edir. Elə ay olur ki, ümumiyyətlə istirahət günü verilmir. Ömrümüz ölkənin yollarında keçir. Günlərlə hamam görmürük. Belə olmaz. Sizin saytınız vasitəsi ilə aidiyyatı qurumlara səslənirik. Bizim əmək hüquqlarımıza hörmət edilsin”. Geri qayıt |