Əsas Səhifə > Hadisə, Manşet > "EkspressBank" müştəriləri BOĞAZA YIĞIB...
"EkspressBank" müştəriləri BOĞAZA YIĞIB...22-06-2022, 10:21 |
DİA.AZ: - "Şikayətim "Expressbank"dandır. Heç kimə məsləhət görmürəm ki, bu bankdan kredit götürəsiniz..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Nərmin Əsədli adlı istifadəçi giley edir. dia-az.life narazı vətəndaşın digər vətəndaşlara ünvanlanan müraciətini təqdim edir: "1 gün gecikməyə görə fantastik faizlər gəlir. Daha sonra isə pulu ödeyirsən axşam, amma pulu yükləmirlər dərhal kreditə, növbəti gün kefi istəyəndə cıxır və sənə növbəti günün də gecikmə faizini yükləyir. Hətta gecə ödəsən belə, saat 12-dən sonra, yenə səhər saat 9-dan sonra sənə həmin günə gecikmə faizi yükləyir. Bir sözlə, gərək bunların kreditini ancaq 5 gün vaxtından əvvəl ödəyəsən ki vaxtında səndən pul cıxıb gecikmə faizləri yükləməsinlər. Pulu atırsan balansa çıxmaq da istəmir kreditə görə, ancaq gözləyir gün dəyişsin, sənə gecikmə yazsınlar. Bu necə sistemdir, başa düşmürəm, digər bankların heç birində belə anormal sistem yoxdur". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |