Əsas Səhifə > Hadisə, Manşet > Bu icra başçılarının kürsüləri BOŞ QALA BİLƏR...

Bu icra başçılarının kürsüləri BOŞ QALA BİLƏR...


15-07-2022, 08:59
Bu icra başçılarının kürsüləri BOŞ QALA BİLƏR...
Uzun müddətdir ki, ölkənin bəzi rayonlarının icra hakimiyyəti başçılarından şikayətlər səngimək bilmir. Hətta həmin Rayon İcra Hakimiyyəti başçılarının uzun illərdən bəri, dövlətdən yayındırdıqları büdcə pulları hesabına, yığdıqları var-dövlətin siyahısı da mətbuatda dəqiq göstərilir. Özlərinin, həyat yoldaşlarının, yaxın qohumlarının, hətta xaricdə yaşayan əcdadlarının adına aldıqları mal-mülkün siyahısı mətduatda dərc olunur. Konkret olaraq onu göstərə bilərik ki, bunlar Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Agcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Sıraqəddin Cabbarovdur.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Sıraqəddin Cabbarovun fəaliyyətinin yoxlanması, onun yaxın günlərdə həbs olunmasından xəbər verir. Özünün və yaxın ətrafının qara buludlardan xilas olunması üçün, əlindən gələni etməyə hazır olan, Sıraqəddin Cabbarov son hadisələrdən sonra ümidlərini tamamilə itirib. Sıraqəddin Cabbarov yaddan çıxarmamalıdır ki, o, Ramiz Mehdiyevin kürəkəni İlham müəllim ilə qohumluğundan istifadə edərək, zamanında böyük özbaşınalıqlara imza atmışdır.
Araşdırmalarımız davam edir, mövzunu diqqətdə saxlayacağıq.
//gundelik-baku.com//
Geri qayıt