Əsas Səhifə > Hadisə, Manşet > “Səkkiz saat bizi kursa cəlb edirlər...”

“Səkkiz saat bizi kursa cəlb edirlər...”


25-07-2022, 08:50
“Səkkiz saat bizi kursa cəlb edirlər...”
Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı ona göndərilən şikayət məktubundan bəhs edib.

Şikayətçi məktubda bir ay işdə olub və ay sonu dincəlmək üçün evə getdiklərini yazır.

Onun sözlərinə görə, idarə rəhbərliyi onları həmin müddətdə (evdə istirahətdə olduqları müddətdə - red) kursa göndərir.

“Səhər saat 08:30 da başlayan dərs 15:25 də bitir. Səkkiz saat bizi kursa cəlb edir. Bir ay istirahət günümüzü əlimizdən alır və idarə heç bir ödəniş etmir. Şikayətimiz ondan ibarətdir ki, işçinin istirahət saatları əlindən alınır və bunun əvəzində heç bir ödəniş edilmir. 1 ay istirahət günlərimizin elə olur 20 günü kurslarda keçir... Kurs isə uzun müddətlidir - ilin sonuna qədər . Kimin sertifikatı yoxdursa, işə buraxılmayacaq”, - deyə şikayətçi bildirir .

Mirvari Qəhrəmanlı işəgötürənlərin aşağıda qeyd olunanları bilməli və nəzərə almalı olduğunu qeyd edib:

AR ƏM - Maddə 48 .4 - Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir.

Yəni bu sertifikat işə qəbul zamanı tələb edilməlidir, sonradan yox!

İşə qəbuldan sonra işçinin bilik və bacarıqlarının artırılmasına ehtiyac duyularsa, bu, işəgötürənin hesabına və iş vaxtı reallaşdırılır.

Peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq işçinin əsas hüquqlarından biridir (AR ƏM - Maddə 9.1.).

NHMİB sədri işçinin məhkəməyə müraciət edəcəyi halda, öz hüququnu bərpa edə biləcəyini açıqlayıb.
//tezadlar.az//
Geri qayıt