Əsas Səhifə > Hadisə, Manşet > Gədəbəyə ONU BAŞÇI GÖNDƏRİRLƏR...

Gədəbəyə ONU BAŞÇI GÖNDƏRİRLƏR...


29-07-2022, 10:04
Gədəbəyə ONU BAŞÇI GÖNDƏRİRLƏR...
DİA.AZ: - Bir neçə gün əvvəl Prezident İlham Əliyev Masallı rayonun icra başçısını görəvindən azad etdi və onu yenisi ilə əvəzlədi. Bununla yanaşı Prezidentin müvafiq sərəncamları ilə Astara və Göygöl rayonlarına da yeni icra başçıları təyin olundu. Amma hələ də boş qalan icra başçısı postları var ki, onlardan biri də Gədəbəy rayonudur.

Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan belə aydın olur ki, yaxın günlərdə sözügedən rayona da başçı göndəriləcək. "Yekun qərar verilə bilər" deyən məlumatlı mənbə iddia edir ki, Gədəbəyin yeni icra başçısı Natiq Nağıyev olacaq. Qeyd edək ki, hazırda Naitq Nağıyev Gədəbəy RİH başçısının birinci müavini postunu tutmaqla yanaşı, icra başçısının səlahiyyətlərini də icra edir.

Xatırladaq ki, Gədəbəyin icra başçısı olmuş İbrahim Mustafayev keçən ilin oktyabr ayında Prezident Administrasiyasında Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsi rəhbərinin müavini təyin olunmuşdu.

Məlumatlı mənbə dia-az.life-a bildirir ki, Natiq Nağıyevin Gədəbəyin rəhbərliyinə gətirilməsində maraqlı olanlardan biri də məhz keçmiş başçıdır.

Qeyd edək ki, Gədəbəy rayonu İcra Hakimiyyəti başçının birinci müavini postunu tutan Nağıyev Natiq Fərhad oğlu 25 oktyabr 1964-cü ildə Gədəbəy rayonu Əli-İsmayıllı kəndində anadan olmuşdur. 1986-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakultəsinə daxil olmuş və hmin Universiteti 1991-ci ildə bitirmişdir. 1981-ci ildən 1982 ci ilin noyabır ayınadək "jdanov adına sovxozda fəhlə işləmiş, 1982-1984-cü illərdə hərbi xidmətdə olmuş, 1985-ci ildən 1990-cı ilədək "Füzuli" adna kolxozda və "Jdanov" adına sovxozda komsomol katibi, 1990-1994-cü illərdə Gədəbəy rayon Sosial Təminat şöbəsində bölmə müdiri, 1995-ci ildə "Əli-İsmayıl" adna kolxozun idarə heyyətinin sədri, 1995-1998- ci illərdə "Natiq" kəndli fermer təsərrüfatının rəhbəri, 1998-2000-ci ildə Gədəbəy RİH başçısının Əli-İsmayıllı kənd İƏD üzrə nümayəndəsi, 2000-2005-ci illərdə "Natiq" kəndli fermer təsərrüfatının rəhbəri, 2005-2011 ci illərdə Gədəbəy RİH başçısının Əli-İsmayıllı kənd İƏD üzrə nümayəndəsi, 2011-ci ildən 2018-ci ilin 29 oktyabr tarixinədək Gədəbəy RİH başçısının Alnabat kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləmişdir. 29.10.2018-ci taridən Gədəbəy rayonu İcra Hakimiyyəti başçının birinci müavini vəzifəsində işləyir, I dərəcə Dövlət qulluqçusudur.

YAP üzvüdür. Ailəlidir 1 övladı var.

Məsələ ilə əlaqədar dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt