Əsas Səhifə > Hadisə, Manşet > Qəbələdəki cinayətlər KİMLƏRİ HƏDƏFƏ GƏTİRİR?
Qəbələdəki cinayətlər KİMLƏRİ HƏDƏFƏ GƏTİRİR?17-08-2022, 10:14 |
Qəbələ rayonundan olan etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, ETSN-in Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Vəndam meşəbəyliyinə aid meşə dolayında dövlət meşə fondu torpağı obyekt yeri kimi satılıb və artıq orada kafe tikmə üçün bir sıra tikini işləi – “besedka” deyilən bölmələr də tikiib. Lakin sözügedən obyektdə gedən tikililərin inşasına “stop” qoyulub. Məlumat verən mənbə qeyd edir ki, sözügedən 3 ha yerə görə adının hallanmasını istəməyən sahibkar 55000 manat pul da ödəmişdir. Lakin sənədləşmə aparılmadığına görə tərəflər arasında narazılıq baş verib. Vəndam sakni pullarını geri istəyib. Qəbələ RMTM-dən ona bildiriblər ki, pullar “yxarı” gedib, qaytarmaq mümkün deyil. Yerli sahibkar pullarının qaytarılması üçün bütün yuxarı direktiv orqanara şikayətlər yazıb. Həmişə oluğu kimi bu dəfə də Baş Prokurorluq məsələ ilə bağlı araşdırma aparılmasını ETSN rəhbərliyinə həvalə edib. Nazirliyin Meşə Depertameti rəhərliyinin Qəbələyə ezam etdiyi işçiləri Vəndam kəndi yaxınlğındakı meşə ərazisində “qanunsuz” tikilən bir neçə “besedkya” görə sahibkara 50000 manatlıq cərimə aktı tərtib edib cəzalndırmışlar. Yəni, başa salmaq isəmişlər ki, “ağıll ol”. Bundan sonra iş adamı yenidən yuxarı orqanlara şikayətlərini davam etdirmişdir. Bu dəfə Baş Prkurorluq yanında Korrupsyaya Qarşı Mübaizə İdarəsi arşdırmaya başlamışdır. Məsələdən xəbər tutan ETSN-nin Meşə Deperament müdiri olmuş Xıdırov Namiq başlanmış istitaqdan yayınmaq üçün dərhal işdən çıxma barəsində əriəzsini yazaraq 153 000 manata aldığı qara rəngli TOYOTA “Land GRUSER” avtomobilinə minib “dabanına tüpürmüş” və qaçıb Xətai rayon İcra Haimiyyətində işləyən dayısıına sığnmışdır. Budur, məsələ ilə bağlı son aldığımız məlumatdan aydın olur ki, avqusun 4-də də Korrupsiya İdrəsi araşdırma üzrə cinayət işinin başlanması üçün şikayətçi və meşə işçilərini Bakıya gəlməyi tapşırmışlar. Araşdırma davam edir. Mənbənin bildirdiyinə görə, obyekt yeri külli miqdarda ( 55000 mant) pul müqabilində satılan yerin məbləğin əsas qismi də Ekologiya və Təbii Sərvətlər Nazirliyində bölüşdürülüb. Mənbəmiz onu da bildirir ki, obyek kimi icaryə verilən belə yerlər İsmayıllı-Oğuz magistral yolunun üzərində çox rast gəlmək olar. Məsələn, belələrindən ən böyüyü İsmayıllı şəhərinin Qəbələ istiqamətidə çıxışında yolun sağında yerlşən palıdlıq meşədə “ORMANLIQ” adlı restoran çoxandır ki, fəaliyyət göstərir. Hər ili yolumuzu buradan saldıqda restoran ərazisinin günü güdən böyüdüyünün , burada tikilən daş obyektlərn sayının artdığının şahidi oluruq. Hətta iş o yerə çatıb ki, burada toy və nişan məclislərinin keçirilməsi üçün çoxaylı məclis əhlini yerləşməsi üçün şəraitlər də yaradılıb. Əlbttə ki, yaşı 200-ü keçmiş palıd ağaclarının hesabına. Mənbənin bildirdiyiə görə belə yol kənarında meşələrin iaşə obyekti kimi icarəyə verlməsi üçün müqavilə müddəti Meşə Məcəlləsin uyğun madəsinə görə 10 il hesablanıb və hər hektar meşəyə görə sahibkar ən azı 10000 manat “rüsum” ödəmək zorundadr. Belə nəticəyə gəlirik ki, meşələrimiz və ümumiyətlə təbiətimiz şəxsi maraqlar ilə tənzimlənir. Ümidvarıq ki, dövlətimizin başçısı cənab prezident İlham Əliyev milli sərvətimiz olan təbiətimizin reallıqda qorunması üçün meşəçilk anlayışı olmayan, ETSN-nə toplanmış çoxsaylı SOCAR kadrlarından azad olunması üçün kadr islahatlarının həyata keçirilməsinə tezliklə start verəcəkdir. Çox təəssüflənirik ki, ETSN əməkdaşları vəzifə borcu olan təbiətimizi qorumaq əvəzinə, ondan daha çox qazanc əldə etmək barədə fəaliyyətə üstünlük verirlər. Aktualinfo.org Geri qayıt |