Əsas Səhifə > Hadisə, Manşet > ÖZBAŞINA QALMIŞ CAMALOV...
ÖZBAŞINA QALMIŞ CAMALOV...20-08-2022, 10:10 |
DİA.AZ: - Zərdab rayonu Alıcanlı kənd sakini şəhid atası Əsədov Ataxan Əsəd oğlu rayonun icra başçısından şikayətçidir. DİA.AZ-ın məlumatına görə, şəhid atası müraciətində qeyd edir ki, icarəyə götürdüyü torpaq sahəsini rayonun icra başçısı Mərdan Camalovun əmriylə əlindən alıb, əziyyət çəkdiyi əkin sahələrini də məhv ediblər. Üstəlik rayon rəhbəri onun şikayətini dinləmək əvəzinə üstünə qışıqırıb, vurmağa çalışıb. “Mənim oğlum Sərdar Əhədov 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Torpaqlarımızın azadlığı uğrunda oğlu şəhid olan ataya qanunu sənədlə verilmiş 10 hektar torpaq sahəsini Zərdab rayon icra başçısı Mərdan Camalovun sifarişi ilə əlimdən aldılar.Həmin torpaq sahəsində əkdiyim taxili və yoncanı mal-qaraya otarıb tələf etdilər.Mal-qara sahibləri mənə dedilər ki, buna icazəni icra başçısı Mərdan Camalov və onun müavini Pərvin Mahmudova verib. Hansı ki, həmin torpaq sahəsini qanunu qaydada bələdiyyədən müqavilə ilə 25 illik icarəyə götürmüşəm. Əlimdə reyestr çıxarışı və icarə müqaviləsi var. Mən bu barədə iki dəfə Mərdan Camalzadənin qəbulunda oldum. Sonucu dəfə o mənim üstümə şığıyıb "məni bezdirmisən mən torpaq işinə baxmıram” qışqırıb məni vurmaq istədi. Orada olan insanlar müdaxilə etməsəydi, icra başçısı məni vuracaydı. Azğınlaşmış Mərdan Camalov Zərdab rayonuna icra başçısı təyin ediləndən əhaliyə zülm edir. Qeyd edim ki, Zərdab rayon Alıcanlı bələdiyyəsinin sədri iclas protokollarında bələdiyyə üzvülərinin yerinə özü saxta imzalar edir.Hansı ki, 7 nəfər bələdiyyə üzvünün hamısı rayondan kənarda yaşayırlar həmin yerdə də işləyirlər.Bələdiyyə sədrinin baldızı müavinidi, qaynı isə mühasibdir.Bələdiyyəni ailə pdratına çeviriblər. Kənddə 400 hektardan çox torpaq sahələri müxtəlif vətəndaşlara icarəyə verilib ancaq bir mənə verilmiş torpaq sahəsi əlimdən qanunsuz olaraq alındı.Bu isə şəhid ruhuna təhqir, şəhid ailəsinə isə hörmətsizlikdir. Şirvan şəhərində "DOST" İş Mərkəzi xətti ilə ictimai işlərə adları qeyd edilmiş şəxslərin maaş kartları Mərdan Camalzadənin seyfindən çıxması xəbərini mətbuatda oxuyanda mən çox narahat oldum ki, bu adam Zərdabı da viran günə qoyacaq. Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edib xahiş edirəm, şəhid atasını təhqqir edib qanunu qaydada icarəyə götürdüyü torpaq sahəsini əlindən alan icra başçısı Mərdan Camalzadənin barəsində ciddi tədbirlər görəsiniz və mənə torpaq ayrılmasına köməklik göstərəsiniz”. Məsələ ilə əlaqədar Zərdab rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı. Rayon rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq. Amma bu məsələni də qeyd etmədən keçmək olmaz ki, Zərdab rayon İcra Hakimiyyətinin rəhbərindən redaksiyamıza dəfələrlə şikayət məktubları daxil olub. Od olmayan yerdən tüstü çıxmaz. Geri qayıt |