Əsas Səhifə > Hadisə, Manşet > "BNA milləti düşünmədən qurduğu bu sistemlə necə ziyan edir?"

"BNA milləti düşünmədən qurduğu bu sistemlə necə ziyan edir?"


30-08-2022, 09:42
"BNA milləti düşünmədən qurduğu bu sistemlə necə ziyan edir?"
DİA.AZ: - "Şikayətim filan-filan nömrəli marşutlardandır deməyəcəm, çünki sistemi quran Bakı Nəqliyyat Agentliyidir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Əhməd Əli adlı istifadəçi giley edir.

"BNA milləti düşünmədən qurduğu bu sistemlə necə ziyan edir?"

Daha sonra narazı vətəndaş yazır: "Şikayətim məhz bu qurumdandır. Hər səhər binəqədi ərazisindən işə gedən millət bu qurumun qurduğu sistemdən cana gəlib, boğaza yığılıb. Əminəm ki, qeyd edəcəyim problem, digər bölgələrdə də mövcuddur. Bu qurumun Azərbaycan vətəndaşlarına yanaşması bildiyimiz sahibkar - müştəri yanaşmasıdır, qabağa qoyulan məqsəd vətəndaşların daşınmasını təmin etmək deyil, pul qazanmaqdır. Zaman aralıqlarını elə təyin edirlər ki, ilk dayanacaqdan yola çıxan marşrut artıq 3-4 dayanacaq (hətta 2) sonra ağzına kimi dolur, nəticədə işə gecikən marşutda yer tapa bilməyib, özünü içəri basan vətəndaşla, marşutda yer tutmuş əzilən vətəndaş qabaq-qabağa qalır. Sonrakı dayanacaqlarda olan vətəndaşlar isə məcbur marşutu buraxırlar, çünki yer yoxdur. Belə olduğu halda, il sonu xəbər çıxır ki, BNA ziyan edib. BNA milləti düşünmədən qurduğu bu sistemlə necə ziyan edir?

Heç bir avtobus boş getmir və köhnə avtobuslardan istifadə olunur. Təklif edirəm ki, zaman intervallarını pik saatlar üçün biraz azaltsınlar, millət avtobusda nəfəs ala bilsin, heç olmasa 5-6cı dayanacaqlarda olanlar da minə bilsinlər, vətəndaşların daşınmasını vətəndaşlar üçün rahatlaşdırsınlar. Bakıda 3-4 milyon əhali var, say artdıqca tələb artacaq, bir adamın dayanacağı yerdə 2-3 adam sıxışıb dayanır, bu axı marşutdu, heyvan vəya meyvə, tərəvəz daşımırsız. Sadaladığım halları hər gün pik saatlarda 165 nömrəli marşutda görmək mümkündür.

Axşam iş dönüş saatlarında isə 8-10cu dayanacaqlarda, marşutda yer tapmaq mümkün olmur, növbəti marşut isə 10-20 dəq ərzində dolu vəziyyətdə gəlir, yenə eyni problem yaşanır, elə ki, geri dönüş saatında bir 165 marşut gələnə kimi 2-3 ədəd 133 nömrəli marşut keçir. Bu hallar 123 nömrəli marşutda da vardır. Üstəlik bir çox dayanacaqlarda da, ödəniş terminalları mövcud deyildir, bu səbəbdən millət marşutu buraxmaq məcburiyyətində qalır".

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt