Əsas Səhifə > Hadisə, Manşet > Bura təhsil ocağıdır, YOXSA...
Bura təhsil ocağıdır, YOXSA...1-09-2022, 09:26 |
Doğrudan da, kollecin direktoru Rizvan Qəmbərovu, bu məsul vəzifəni tutmasına baxmayaraq, iş yerində tapmaq qeyri-mümkündür. DİA.AZ-ın məlumatına görə, bu barədə, araz.az-a daxil olan məlumatda o da bildirilir ki, kollecin maddi-texniki bazası belə sıfır dərəcəsindədir. Hətta maliyyə pozuntusundan tutmuş, özbaşınalıqlar da pikk həddə çatıb. Əldə etdiyimiz faktlara görə, işə gəlməyən müəllimlərin, texniki işçilərin, tələbələrin təqaüd kartları direktor müavini Nuranə Ələkbərovada olur, o da, hər ay "KapitalBank"ın hesabından bu pulları çıxararaq, rəhbərə çatdırır. Bu ciddi faktları sübut etmək elə də çətin deyil; Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Tofuz Dövlət Sosial- İqtisadi Kollecinin maliyyə vəsaitini yoxlasa və ya müəllimlərin, texniki işçilərin, tələbələrin siyahısını "KapitalBank" vasitəsi ilə əldə etsələr, yazılanlar bir daha öz təsdiqini tapar. Yeri gəlmişkən, onu da qeyd edək ki, son vaxtlar valideyinlər direktor Rizvan Qəmbərovu iş otağında tapa bilmədiklərindən daha çox gileylənirlər. Valideyinlər iddia edirlər ki, kollecin direktoruna sözləri olduğundan, dəfələrlə, günün müxtəlif vaxtlarında kollecə getsələr də, rəhbəri iş otağında tapa bilməyiblər. Direktorun katibəsi isə israrla bildirir ki, Rizvan Qəmbərov, bütün işləri müavini Nuranə Ələkbərovaya həvalə edibdir. Deyilənlərinə görə, Nuranə Ələkbərova da qəti şəkildə bildirir ki, Rizvan müəllim burada bir "maketdir", bütün işləri o həll edir. Digər mənbələr də bildirirlər ki, həqiqətən də, direktor müavini Nuranə Ələkbərova, Tovuz Dövlət Sosial-İqtisadi Kollecini istədiyi kimi idarə edir. Ümumiyyətlə, Rizvan Qəmbərov işinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Onu təhsil yox, başqa məsələlər maraqlandırır. Rizvan müəllimdən qabaq bu təhsil müəssisəsinə rəhbərlik edən şəxslərin də, idarəçilik metodları qənaətbəxş olmayıb. Amma, yenə də, müsbət cəhətləri, indiki rəhbərdən çox olub. Az da olsa, müəllim və tələbələri qane edib. Təhsil Nazirliyi də Rizvan Qəmbərovu yeni rəhbər təyin edəndə, ona çox böyük ümidlər vardı. Hətta onun kollecin inkişafında müstəsnas xidmətləri olduğunu tərəvvür edirdilər. Di gəl ki... Təəssüf ki, onun kollecə gəlişi heç nəyi dəyişmədi. Əksinə direktor təhsil sistemini getdikcə daha bərbad vəziyyətə saldı. Mövzu ciddi olduğundan, diqqətimizdədir və bu istiqamətdə araşdırmalarımız davam edir. Adları çəkilən, hətta Təhsil Nazirliyinin müvqeyini dinləməyə də hazırıq.... Geri qayıt |