Əsas Səhifə > Hadisə, Manşet > Göyçay səhiyyəsi KİMLƏRİN ƏLİNDƏDİR?
Göyçay səhiyyəsi KİMLƏRİN ƏLİNDƏDİR?10-09-2022, 09:04 |
DİA.AZ: - Göyçay rayonu Potu kənd sakini, ictimai fəal Səxavət Qafarov tərəfindən Baş Prokuror Kamran Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Hörmətli cənab Baş Prokuror! Yazaraq Sizi məlumatlandırmaq istəyirəm ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Yaşar Əhmədov 2-ci qrup gözdən əlil, eyni zamanda oranın Təhlükəsizlik Xidmətinin müdiri Namiq Quliyev isə işə götürüldüyü yerlə əmək müqaviləsi bağlamaq məqsədilə özünün DSMF-dən əldə etdiyi arayışa əsasən 2-ci qrup müddətsiz gözdən əlil olduğu qeyd olunmuşdur. Buna baxmayaraq adı çəkilən hər iki şəxs müəmmalı şəkildə sürücülük vəsiqəsi əldə etmək üçün "Sağlamlıq haqqında arayış"la təmin olunmuşdur. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı, 6.3.-cü madddəsinə əsasən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir. Həmin sənədlərdən biri də bu maddənin 4-cü bəndində göstərilən "Təlimatın 3.5.2 – 3.5.4-cü yarımbəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış"dan ibarətdir. Həmin arayışın təqdim edilməsi zamanı vacib əsas şərtlərə daxil edilərək bu Qanunun 1.3.-cü maddəsində göstərilən "Sağlamlıq cəhətdən sürücülüyə yararlı" hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Qanunda göstərildiyi kimi, yalnız sağlamlıq cəhətdən sürücülüyə yararlı şəxslər tibbi arayışdan yararlana bilərlər. Əminliklə deyə bilərəm ki, görmə qabiliyyəti müəyyən ölçüdə məhdud olan hər iki şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika Şöbəsi tərəfindən bilavasitə "Sağlamlıq haqqında arayış"ı yalnız saxtakarlıq yolu ilə əldə etmişdir. Bu, isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü madddəsinə əsaslanan "Vəzifə saxtakarlığı" hesab olunur. Bundan əlavə, həmin məsul şəxslər görmə qabiliyyəti məhdud və ya qismən məhdud olan vətəndaşlara "Sağlamlıq haqqında arayış" təqdim etməklə ətraf mühidin və insanların həyatı üçün təhlükə yaradan amillərin meydaya çıxmasına şərait yaradırlar. Belə hallarda saxta yollarla sürücülük vəsiqəsi alan şəxslər görmə qabiliyyətindən məhrum olduğuna görə tez-tez avtoqəzalar törədirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsində "İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər". Hörmətli cənab Baş Prokuror! Nəzərinizə çatdırım ki, yuxarıda bildirdiyim faktların araşdırılması üçün aidiyyəti orqanlara müraciətlərlər etmişəm. Müraciətimə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən mənə "Şikayətinizdə göstərdiyiniz Yaşar Əhmədovun əlilliyi tərəfimizdən yenicə ləğv edilib, Namiq Quliyev isə 1-ci qrup əlildir" bildirdilər. Lakin, adı çəkilən hər iki şəxsin şəxsi məlumat bazasından (Yəni, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və forma 88-in kodu) xəbərsiz olduğuma görə daha artıq məlumat əldə edə bilmədim. Deməli belə çıxır ki, eyni nazirliyin nəznində olan iki fərqli sturuktur, yəni DTSERA Namiq Quliyevin 1-ci qrup əlil olduğunu bildirir, işəgötürənlə işəgötürülən arasında bağlanılan əmək müqaviləsində isə DSMF-dən aldığı "Arayış"da 2-ci qrup əlil olduğu göstərilmişdir. Hörmətli cənab Baş Prokuror! Sizdən, Göyçay Rayon Mərkəzi Xəstəxanası tərfindən incidilən, hüquqları tapdanan sadə vətəndaş və bir ictimai fəal olaraq çox xahiş edirəm, yuxarıda qeyd etdiyim əsaslı məlumatlar mənim də yaxından iştirakımla obyektiv və qərəzsiz araşdırılaraq qanunlarımızın müvafiq maddələri ilə həmin şəxslər barəsində təsirli tədbirlər görülsün. Sizə öncədən öz minnətdarlığımı bildirirəm". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |