Əsas Səhifə > Hadisə, Manşet > 238 saylı bağçada Təhsil Nazirliyi necə “razı salınıb”?
238 saylı bağçada Təhsil Nazirliyi necə “razı salınıb”?22-09-2022, 09:26 |
Ötən ilin sonlarında dövlət uşaq bağçalarının yerli icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə imzaladığı sərəncam, cəmiyyətdə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində köklü dəyişikliklər olacağına inam yaratmışdı. Çünki bağçaların icra hakimiyyətlərinin tabeliyində olduğu bu on ildə məktəbəqədər təhsil müəssisələrində baş verən özbaşınalıqlar və qanunsuzluqlar sadalamaqla bitməzdi. Ancaq bir ilə yaxın zaman göstərdi ki, bu sahədə ciddi dəyişiklik yoxdur. Bir müddət öncə Təhsil Nazirliyinin məktəbəqədər təhsil səviyyəsi (uşaq bağçaları) üzrə apardığı monitorinqlər başa çatıb. Artıq 1 680 bağçada ilkin vəziyyətin necə olması barədə məlumatlar var. Rəsmi məlumata görə, bu müddət ərzində xeyli sayda bağça müdirləri işdən azad edilib, haqqında araşdırma aparılan şəxslər də var. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildiilir ki, monitorinq aparılan bağçalardan biri də Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi 53 ünvanında yerləşən 238 saylı körpələr evidir. Məlumatlı mənbə bilirir ki, bağçada monitorinq zamanı ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili, sənədləşmənin aparılması, sanitar-gigiyena qaydalarına əməl olunması və digər sahələrdə ciddi nöqsan və çatışmazlıqlar aşkar olunub. Amma maraqlıdır ki, monitorinq keçirilən günlərdə bağça müdirəsi Rəfiqə xanlmın kabab qonağlığına tutulan nazirlik nümayəndələri bu məsələlərin üstündən sükutla keçiblər. Məlumat üçün bildirək ki, 14 ildir 238 saylı bağçaya rəhbərlik edən İsgəndərova Rəfiqə Cəbrayıl qızı 1961-ci il təvəllüdlüdür və pensyia yaşına yaxınlaşır. Mənbənin bildirdiyinə görə, öz postunu yaxlnlarına təhvil vermək istəyən müdirə bağçada bir neçə ştata yaxın adamlarını yerləşdirib. Bu şəxslərin fəaliyyəti, bağçadakı ərzaq əməliyyatları ilə bağlı növbəti yazımızda. //cumhuriyyet.az// Geri qayıt |