Əsas Səhifə > Hadisə, Manşet > Hesablama Palatasının Biləsuvar Pambıq zavodu ilə `QƏRƏZ`İ VAR?
Hesablama Palatasının Biləsuvar Pambıq zavodu ilə `QƏRƏZ`İ VAR?11-10-2022, 09:28 |
Biləsuvar rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən hər il on min hektardan artıq sahədə pambıq əkilir ki, bunlar da ”MKT İK” MMC, “Azərpambıq” MMC, «P-Aqro” MMC və fərdi mülkiyyətçilər tərəfindən həyata keçirilir. Bu günlərdə redaksiyamıza daxil olmuş məlumata görə, Hesablama Palatası “MKT” istehsalat kommersiya MMC-nin Biləsuvar pambıq zavodunda yoxlama aparıb və audit nəticəsində 500000 (beş yüz min) manat civarında yeyinti aşkarlanıb. Qanunsuzluğun əsasən çiyid satışında baş verdiyi və məsuliyyətin rəhbərlik tərəfindən ayrı-ayrı işçilərin üstünə atıldığı bildirilir. Qarşı tərəfin mövqeyini öyrənmək üçün zavodun direktoru Qulam Əliyegvlə telefon əlaqəsi saxladıq. Direktor məlumatda ehtiva olunan məsələləri qəti şəkildə təkzib etdi. Hərçənd, Qulam Əliyevin rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən başqa şikayətlər də vardır.Sahibkarlar toxum, texnika, mineral gübrələr, ziyanvericilərə qarşı müxtəlif dərmanlarla vaxtlı-vaxtında təchiz edilmir. Zavodun mütəxəssisləri əkinçiləri maarifləndirmir, lazımi tövsiyələr vermirlər. İstehsalçı təhvil verdiyi pambığın pulunu vaxtında ala bilmir. Qeyd edək ki, MKT Azərbaycanın iri pambıq emalçılıq müəssisəsidir, Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahənin dirçəlməsinə sərmayə yatıran ilk şirkətdir. O çox zavodların nəzarət səhminin sahibidir və başqa müəssisələrlə eksklüziv əməkdaşlıq sazişləri bağlayıb. Ondan pambıq alanlar Türkiyə, ABŞ, Rusiya və başqa ölkələrin geyim istehsalçıları və pambıq ticarətçiləridirlər. MKT-nin Biləsuvardakı zavodunun fəaliyyəti 1985-ci ildən başlayıb. 1997-ci ildə özəlləşdirmədən sonra o, «Biləsuvar pambıq» səhmdar cəmiyyətinə çevrilib. Yəqin ki, MKT rəhbərliyi “MKT — Biləsuvar” filialının fəaliyyətindəki neqativ hallardan xəbər tutunca, bu məsələlərdə Qulam Əliyevin də məsuliyyət dərəcəsini dəqiqləşdirəcəklər. //Deryaz.az// Geri qayıt |