Əsas Səhifə > Hadisə, Manşet > "Yardımlı bu acgöz məmurların əlində qalıb..."
"Yardımlı bu acgöz məmurların əlində qalıb..."14-10-2022, 10:52 |
DİA.AZ: - "Yardımlı rayonundan yazırıq... Yardımlı rayonunda nə vaxt əməliyyat keçiriləcək..." Bu barədə DİA.AZ-a Yardımlıdan daxil olan müraciətdə deyilir. Sakinlər adından yazılan müraciətdə qeyd olunur: "Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov və müavini Mahir Mirzəyev Yardımlı rayonunda çox "abadlıq işləri" görüblər. Biri Mahir Mirzəyev... 3 mərtəbəli villa tikdirib özünə... Ayaz Əsgərov da Yardımlı rayon İcra Hakimiyyətinin yeni inzibati binasının yanında özünə gözəl bir villa tikdirib... Belə çıxır ki Yardımlı xalqı bilmir abadlıq işşləri nədir... Tenderlərdən ayrılan pular "abadlıq" adı altında Mahir Mizəyevin və Ayaz Əsgərovun özləri üçün nəzərdə tululmuş büdcə vəsaitiymiş.... Hörmətli Maliyyə Nazirliyinə müraciət edirik: Bundan sonra Yardımlı rayonuna abadlıq üçün pul ayıranda xüsusi maddədə qeyd edin ki, Yardımlı rayon İcra Hakimiyyəti Başçısı Ayaz Əsgərova və müavini Mahir Mirzəyevə bu pullar halaldır..." "Yardımlı bu acgöz məmurların əlində qalıb..." deyən müraciət müəllifləri ölkə rəhbərliyindən kömək istəyir, Yardımlıda xüsusi araşdırmanın aparılmasının vacib olduğunu diqqətə çatdırırlar. Daha sonra müraciət müəllifləri ağır ittihamlar səsləndirirlər ki, bütün bunlarla bağlı xüsusi araşdırmaya və dəqiqləşdirmələrə ehtiyac var. DİA.AZ olaraq iddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, qarşı tərəf susmağa üstünlük verdi. DAVAMI VAR... Növbəti yazımızda səslənən ittihamlara aydınlıq gətirməyə çalışacağıq... Bizi izləməkdə davam edin... Geri qayıt |