Əsas Səhifə > Hadisə, Manşet > "Sunny"nin dükanları ilə bağlı şok iddia

"Sunny"nin dükanları ilə bağlı şok iddia


2-01-2014, 16:46
"Sunny"nin dükanları ilə bağlı şok iddia
Azərbaycanda telekanallarda reklam edilən faizsiz, arayışsız, tək şəxsiyyət vəsiqəsi ilə reklamları adətən yalançıxır. Hətta kiçik ticarət obyektləri deyil, ölkədə böyük dükan şəbəkələri olan, telekanallarda kütləvi və mütəmadi olaraq reklamlar yerləşdirən şirkətlər belə insanları aldadırdar. Belə dükanlardan biri də «Sunny» şirkətidir. GUNDEMİNFO.AZ-ın əməkdaşları bayram tətili ərəfəsində televiziyalardan birində edilən reklamlara uyğun həmin şirkətin Bakının Yasamal rayonu ərazisindəki dükanına baş çəkib.

İlk olaraq dükana daxil olan zaman satıcı xanım Azərbaycanın dövlət dilində danışa bilmədiyi ortaya çıxır və məlum olur ki, müştəri məcburən qarışıq ifadələrlə danışan xanımla rus dilində ünsiyyət qurmalıdır. Bundan sonra isə dükanda heç dəbütün malların kreditlə satılmadığı ortaya çıxır. Məsələn Bakıda sıradan ticarət mərkəzlərində 40-50 manata satılan məişət texnikaları «Sunny»də 120 manata satışdadır. Televiziya reklamına aldanaraq bura baş çəkmisinizsə, o zaman məlumunuz olsun ki, burada qiyməti 100 manatdan aşağı olan məhsullar kreditlə satılmır. Üstəlik də faizsiz kredit anlayışı da burada yoxdur. Məsələn Bakıda «Sədərək» Ticarət Mərkəzində 40 manata satılan tozsoranlar burada 130 manatdır. Həm də kreditlə. Kredit şərtləri ilə məhsulu əldə etmək istəyən vətəndaşlar satıcı tərəfindən verilmiş kiçik qəbzlə dükanın daxilindəki kredit şöbəsinə müraciət edirlər. Məlum olur ki, vətəndaşın əldə etmək istədiyi məhsul 130 manatdırsa, həmin mal reklamda olduğu kimi faizsiz kreditlə deyil, əksinə 6 aya görə 40 manata qədər faizlə satılır. Bundan başqa televiziyadakı reklamlarda «Sunny» mağazalarının kredit şərtlərində qeyd olunmur ki, mallar yalnız 6 aylıq faizsiz kreditlə satılır. Ümumiyyətlə bu dükanda faizsiz kredit anlayışı yoxdur. Kredit şöbəsinə müraciət edən vətəndaş tozsoran almaq istəyirsə, müraciət edən şəxsə şöbədən bildirilir ki, tozsorandan başqa digər mallar faizsiz kreditlə satılır.

Yox əgər siz televiziya reklamına aldanıb «Sunny» dükanına müraciət edib paltaryuyan almaq istəyirsinizsə, o zaman sizə paltaryuyandan başqa digər malların faizsiz kreditlə satıldığını deyirlər.

Bundan başqa «Sunny»də zaminsiz kredit şartləri də qüvvədə deyil. Burada Azərbaycanın rayonlarından olan vətəndaşlar üçün Bakı qeydiyyatı olan əlavə bir vətəndaşın da zaminliyi tələb olunur. Bununla da «Sunny» dükanlarında satılan bütün mallara görə televiziya reklamlarına aldanıb vaxtınızı itirməyin. Hər halda bayram ərəfəsində biz bu reklamların nə qədər yalan olduğunu aşkarlaya bildik.

Qeyd edək ki, bu tipli kütləvi reklam yalanlarına görə Azərbaycan Respublikasının müvafiq qanunverciliyi qüvvədədir. İqtisadi İnkişaf Nazirliyinin müvafiq departamenti mütəmadi olaraq belə aldadıcı reklamlarla bağlı tədbirlər görür. Bundan başqa qüvvədə olan istehlakçı hüquqları ilə bağlı qanunvericilik bazasında da yalan reklam yaymaqla bağlı müvafiq məsuliyyət nəzərdə tutulub. Güman edirik ki, vətəndaşların bu şəkildə kütləvi şəkildə aldadılması halları ortadan qalxacaq.

Bütün bunlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt