Əsas Səhifə > Hadisə, Manşet > Xan gedib... amma camaatdakı qorxu-ürkü çəkilməyib...

Xan gedib... amma camaatdakı qorxu-ürkü çəkilməyib...


22-12-2022, 09:31
Xan gedib... amma camaatdakı qorxu-ürkü çəkilməyib...
DİA.AZ: - Neçə müddət idi ki, DİA.AZ olaraq tanınmış jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı paylaşdığı ayrı-ayrı olayları diqqətinizə çatdırmaqda idik.

Bu qəbildən olan sonuncu yazı burada: Naxçıvanda vəziyyət ELƏ ƏVVƏLKİ KİMİDİR... - XAN DA YERİNDƏDİR... XANƏDAN DA...

Amma görünəni odur ki, Vasif Talıbovun gedişi də Naxçıvandakı vəziyyəti o qədər də dəyişə bilməyib. Bunu isə DİA.AZ olaraq Heydər Oğuza istinadla təqdim edəcəyimiz aşağıdakı paylaşımlardan biləcəksiniz. Beləliklə...

***

Vasif Talıbovun istefa ərizəsinə ilk əl qaldıran oğlu "vəliəhd-xanzadə" Seymur "müəllim" olub.

***

Vasif Talıbov istefaya getdi. Artıq "xan" təhlükəsi aradan qalxdı. Maraqlıdır ki, indi belə mənə məktub yazıb şikayətlərini anonim şəkildə ictimailəşdirməyimi xahiş edənlər var.
Əzizlərim, bu qədər ağciyərlilik olmaz. Lütfən, bu gündən etibarən mənə anonim məktublar yazmayın. Mənim ənənəvi qaynaqlarım var və "Qara Pişik" imzasını yalnız bu ənənəvi qaynaqlarımın xəbərini paylaşarkən istifadə edəcəyəm. Kim şikayətinin ictimailəşdirilməsini istəyirsə, zəhmət çəkib adını yazsın və iddialarını təsdiq edən dəlillər göstərsin. Çünki bir çox hallarda anonim məktublarının qərəzli və kimdənsə qisas almaq məqsədilə yazıldığını hiss edirəm.
Mənim məqsədim Naxçıvanda siyasi dəyişikliklərə nail olmaq idi və buna böyük ölçüdə nail olduq. Kiçik problemləri, məişət söhbətlərini Naxçıvanda qurulan və qurulacaq icra və hüquq-məhkəmə strukturları ilə də həll etmək olar. Xahiş edirəm, məni cılız davalarınıza, məişət söhbətlərinizə qatlayın.

***

DİA.AZ-dan: Hər halda, görünəni odur ki, Naxçıvan camaatının canındakı qorxu-ürkü birdən-birə çıxası deyil...

Geri qayıt