Əsas Səhifə > Hadisə, Manşet > “Aqroservis” ASC- yə 17 milyonluq kombayn alan Rövşən Bayramov kimdir?
“Aqroservis” ASC- yə 17 milyonluq kombayn alan Rövşən Bayramov kimdir?25-01-2023, 10:05 |
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən pambıqyığan kombaynların satın alınması üzrə keçirilmiş açıq tenderin nəticələri açıqlanıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə qalib “AGROMOTORS AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “Aqroservis” ASC tərəfindən 14.12.2022-ci il tarixdə başlanmış təkliflər sorğusunun nəticələri 24.01.2023-cü il tarixdə açıqlanıb və MMC ilə 16 756 300 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Bu satınalma müqaviləsinin bağlanılması zamanı zamanı yol verilən qanunsuzluqlar sözün əsl mənasında böyük bir bir biabırçılıqdır. Birincisi, ASC-nin Tender Komissiyası şərtlər toplusunda neçə pambıqyığan kombaynın alındığını açıq göstərməyib. Bu isə qiymətlərin süni şəkildə şişirdilməsinə əsaslı şübhələr yaradır. İkincisi isə “Aqroservis” ASC təkliflər sorğusu elanını verəndə, yəni 14.12.2022-ci il tarixdə “AGROMOTORS AZƏRBAYCAN” MMC-nin cəmi altı ay fəaliyyətə başlamasıdır. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AGROMOTORS AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.06.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, MİR CƏLAL, ev 143B, m. 106, qanuni təmsilçisinin isə Bayramov Rövşən Sabir oğlu olduğu göstərilir. Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi MMC tender proseduru başlamazdan cəmi 6 ay əvvəl dövlət qeydiyyatına alınıb. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlərin qəbul edildiyi vaxtda, 14.12.2022-ci il tarixindən – 28.12.2022 18:00 tarixinədək olan müddətdə “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Tender Komissiyası MMC-nin yeni dövlət qeydiyyatına alındığını görməyiblərmi? Axı bu “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin tələblərinə cavab vermir. Sözügedən maddədə göstərilir. 48.3. Satınalan təşkilat təkliflərin qiymətləndirilməsi üçün meyarları, hər belə meyarın nisbi qiymətini və təkliflərin qiymətləndirilməsi zamanı tətbiqi qaydasını müəyyənləşdirir. Bu meyarlar aşağıdakılara aiddir: 48.3.1. malgöndərənin (podratçının) idarəetmə və texniki səriştəsinə; 48.3.2. malgöndərənin (podratçının) təklifinin satınalan təşkilatın ehtiyaclarının ödənilməsi baxımından səmərəliliyinə; İnternet resusrlarında açıq mənbələr üzərindən apardığımız araşdırmalarda “AGROMOTORS AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət sferası ilə bağlı heç bir məlumata rast gəlmədik. Amma MMC-nin qanuni təmsilçisi Bayramov Rövşən Sabir oğlunun barəsində məlumat tapdıq. “DOST İş Mərkəzi” MMC ilə əmək müqaviləsi bağlanılmış Xaçmaz rayonu üzrə avqust ayında əməkhaqqı alan ictimai işçilərin siyahısında Bayramov Rövşən Sabir oğlunun da adı var. Həmin siyahı ilə bu linkdən tanış olmaq olar. https://www.sosial.gov.az/FWsiyah%C4%B1s%C4%B1/XA%C3%87MAZ.pdf Xaçmazda fəhlə işləyən Bayramov Rövşən Sabir oğlu necə olur ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə 17 milyon manat civarında pambıqyığan kombayn alır? Əsas bu suala aydınlıq gətirməkdir. Son vaxtlar bu kimi hallarla tez-tez rast gəlinir. Başqasının adına yaradılmış MMC-lərin dövlət sifarişləri almaları barədə media resurslarında kifayət qədər məlumatlar tapmaq olar. Çox güman ki, Rövşən Bayramov da Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifə tutanlardan birinin adamıdır. Çox istərdik ki, sözügedən nazirlik də, ona tabeli “Aqroservis” ASC -də, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də bu müəmmalı alqı-satqı müqaviləsinə aydınlıq gətirsin. Aktualinfo.org Geri qayıt |