Əsas Səhifə > Hadisə, Manşet > İcra başçısının əlindən ACLIQ AKSİYASINA BAŞLAYIR...
İcra başçısının əlindən ACLIQ AKSİYASINA BAŞLAYIR...17-02-2023, 10:13 |
Ucar rayonun Lək kəndində məskunlaşan,Kəlbəcərli köçkün KalvaTəhməz Kəndli Fermer Təsərüffatinın rəhbəri Təhməzov Fazil Abdüləli oğlunun Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədova ünvanlanmış olan müraciətini olduğu kimi təqdim edirik: Hörmətli cənab Mənsur Məmmədov! Sizin Ulu Öndərimiz, dünya şöhrətli siyasətçi, mərhum prezidentimi rəhmətlik Heydər Əliyevin Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 149 nömrəli Fərmanından (xüsusi olaraq 1-ci bəndinin 6-cı abzastı) məlumatınız varmı? Varsa niyə icrası ilə bağlı tədbirlər görmürsüz? Yoxdursa o vəzifəni niyə daşıyırsız? Varsa və tədbir də görmürsünüzsə Ulu Öndərimizin imzasına niyə hörmət qoymursuz? Biz kəndçilər cəhənnəmə. Bəs o boyda dahi şəxsiyyətəmi hörmətiniz yoxdur? Sizə təkrarən müraciət edirəm ki, Kəlbəcər və digər rayonlarımız Müzəffər Ali Baş Komandanın komandanlığı altında işğaldan azad edildikdən sonra hələ torpaqlarımıza qayıtmamış bizə Ucarda divan tutan xırda məmurlar, qoluçomaqlar barədə etdiyim şikayətə Sizin tərəfinizdən məhəl qoyulmaması bu işin təşkilatçılığının məhz Sizin tərəfinizdən təşkil edildiyini düşünməyə vadar edir. Ayrı cür təsəvvür edə bilmirəm. 30 ilə yaxın istifadə etdiyim və Bələdiyyə torpağı olan örüş sahəsi Bələdiyyə sədri Şükürov Nazir, İcra Nümayəndəsi Əfqan Rəhimovun göstərişi əsasında Vüqar Mürsəlov tərəfindən zəbt edilib, təyinatı dəyişdirilibdir. Ərzaq təhlükəsizliyinin tüğyan etdiyi bir vaxtda heyvanlarımın örüş sahəsi olmaması səbəbindən heyvanlarım acından qırılmaq təhlükəsi ilə üzləşibdir. Siz də bunu seyr etməklə məşğulsunuz. Sizdən tələb edirəm ki, haqqı tərəfimdən ödənilmək şərti ilə, tez bir zamanda yuxarıda qeyd etdiyim fərmanın icrasını təmin edərək təsərüffatım üçün örüş sahəsinin ayrılması üçün tədbir görəsiniz. Əgər təmin etməsəniz onsuzda uzun müddətdir ac qalan heyvanlarımla birlikdə onların aksiyasına qoşularaq mətbuat vasitəsi ilə aclqı aksiyasına başlayacağımı cənəb prezidentimizə bildirəcəyməm. İmza: Təhməzov Fazil Abduləli oğlu 16.02.2023-cü il //“Dünyanınsəsi,Az”// Geri qayıt |