Əsas Səhifə > Hadisə, Manşet > 4 aydır vətəndaşları aldatmaqla məşğuldur...

4 aydır vətəndaşları aldatmaqla məşğuldur...


21-02-2023, 09:58
4 aydır vətəndaşları aldatmaqla məşğuldur...
DİA.AZ: - "Mover.az şirkəti Noyabrdan bəri Amerikadan çatdırılmaları gətirmir hər həftə də yalan vəddlər verir. Hal-hazırda bu problemlə çox sayda "mover" müştərisi əziyyət çəkir və postu paylaşmağımda məqsəd bu müşərilərlə bir olub şirkəti mümkün qədər çox dövlət qurumlarına şikayət etməkdir". DİA.AZ bildirir ki, bunu "Şikayətim Var" sosial qrupundakı paylaşımında Ramil Həsənli adlı istifadəçi bildirib.

4 aydır vətəndaşları aldatmaqla məşğuldur...

Daha sonra narazı vətəndaş yazır: "Mən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qurumuna şikayət etmişəm və sizə də məsləhət görürəm bir mail da öz tərəfinizdən yazasınız. Onlar mənə 1 dəfə zəng edib problemin həll olub olmaması ilə maraqlanıblar, yəni nəsə etmək istiyiblər görünür. Məhsulunuzun böyük və kiçik olmasına baxmayın, ən azından başqa daha dəyərli bağlamaları qalan müştərilərə kömək etmiş olarsız. Email ünvan: [email protected]
Ayrı kimin nə təklifi varsa şərhlərdə qeyd etsin, məsləhət etsin və hərəkətə keçib birlikdə bağlamalarımıza yiyə duraq!"

Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt