Əsas Səhifə > Hadisə, Manşet > Göyçayda problemi BELƏ HƏLL EDİRLƏR...
Göyçayda problemi BELƏ HƏLL EDİRLƏR...1-03-2023, 09:11 |
DİA.AZ: - "Bir müddət öncə Göyçay Peşə Liseyinin yataqxanasında yaşayan Rəhimova Validə Mahmud qızı tərəfindən sosial şəbəkələrdə video müraciət paylaşılmışdı. Müraciətə əsasən o, Peşə Liseyinin yataqxanasının birinci mərtəbəsində yaşayırdı. Məhz ona görə də yuxarı mərtəbələrdəki dəlilmiş köhnə su və kanalizasiya borularından axan çirkablı sular onun yaşadığı otaqlara tökülürdü. Vətəndaş isə aidiyyəti qurumlardan xahiş edirdi ki, yataqxananın kanalizasiya sistemi təmir olunsun, həmçinin boş-boşuna axıb tələf olan su borularının ağzına krantlar qoyulsun". Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir. Məlumatda daha sonra bildirilir: "Göyçay Su Kanal İdarəsinin müdiri İlham Kərimov isə "yataqxananın su və kanalizasiya sisteminin təmirini vətəndaşlar şəxsi vəsaiti hesabına həyata keçirməlidir" bildirir. Halbuki o, bilmir ki, (yaxud bilmək istəmir) həmin yataqxanada məskunlaşanlar hər yerdən ümidi üzülmüş, evsiz, kimsəsiz, çarəsiz, kasıb insanlardır. Beləliklə "Azərsu" ASC-nin Göyçay Su Kanal İdarəsi binaya verilən içməli suyu tamamilə dayandıraraq, problemin həll olunduğunu düşündülər. Əslində bu, qaş düzəltdikləri yerdə göz çıxartmaq kimi şeydir. Çünki onların məsuliyyətsizliyi və əhaliyə olan laqeytliyi ücbatından 1 həftədir ki, bina sakinləri su üzünə həsrət qalıblar. Hazırda onlar həyat üçün zəruri təlabat sayılan suyu baçoklarda taa beşinci mərtəbəyə kimi əllərində çıxardırlar. Elə bilməyin ki, Rəsulullah nəvəsi imam Hüseyni Kərbəla çölündə susuz qoyan toplum ölüb gedib. Xeyr, onlar bü gün var və çarəsiz, kasıb insanlar üzərində öz əcazilliklərini davam etdirirlər. Sonunda isə sözü gedən yataqxananın sakinləri ölkə rəhbəri cənab İlham Əliyevdən və aidiyyəti qurumlardan xahiş edirlər ki, yataqxananın su və kanalizasiya sistemi tezliklə əsaslı şəkildə təmir olunsun və verilən içməli su bərpa edilsin". Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |