Əsas Səhifə > Hadisə, Manşet > Yardımlının icra başçısı məmurlara ÖHDƏLİK QOYUB
Yardımlının icra başçısı məmurlara ÖHDƏLİK QOYUB9-03-2023, 10:57 |
DİA.AZ: - "Yardımlı rayonundan yazırıq, rayon İcra hakimiyyəti indi də özünə xal qazandırmaq üçün tabeliyində olan ərazi nümayəndəliylərinə tapşiriq verib ki, hər ərazi 20 vətəndaşın mənzilini məcburi sığorta etdirməlidir". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir. Müraciət müəllifləri daha sonra bildirir: "Tələb olunur ki, "ASAN login"də 100 nəfəri qeydiyatdan keçirməlidir hər icra nümayəndəsi. Onlar da məcburi qaydada "https://rih.gov.az/" portalında Yardımlı rayon İcra Hakimiyyətinin yerləşdirdiyi şəkiləri bəyənməlidir. 19 may 2016 cı ildən Yardımlı rayonuna rəhbərlik edən başçı görəsən, bu 7 ildə Yardımlı rayonunda hansı işdəri görüb ki, indi də düsüb mənziləri məcburi şəkildə sığorta eləidirir, insanları sanki biyara, töycüyə cəlb edirmiş kimi yerli məmurlara öhdəlik qoyur? Hansı yaxşı və faydalı əməlinə görə, sakinlər yerli icranı bəyənməlidir?". Qeyd edək sakinlərin müraciətində əlavə ittihamlar da var ki, bununla bağlı da dəqiqləşdirmə aparmadan məlumat verə bilmirik. Bizi izləməkdə davam edin. Məsələ ilə bağlı dia-az.life olaraq Yardımlı RİH-dən münasibət öyrənmək istəsək də, hər zaman olduğu kimi alınmadı. Yenə də qarşı tərəfi dinləməyə hazırıq... Geri qayıt |