Əsas Səhifə > Hadisə, Manşet > “Aşbaz işinə görə də pul verməliyəm?”

“Aşbaz işinə görə də pul verməliyəm?”


13-03-2023, 09:34
“Aşbaz işinə görə də pul verməliyəm?”
Samux rayonunun Alabaşlı qəsəbə sakini Rəcəbov Madər Rəcəb oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun qızının diplomu olmasına baxmayaraq, Təhsil Şöbəsi onu işlə təmin etmir:

“Mən, Rəcəbov Madər Rəcəb oğlu, 2-ci qrup əliləm. İki qardaşım 1-ci Qarabağ müharibəsi zamanı şəhid olub. Oğlum Rəcəbov Rəcəb 2-ci Qarabağ müharibəsində iştirak edib, Şuşanın azad olunması medalı ilə təltif olunub.

Cənab Prezidentimizin sərəncamına əsasən, Samux rayon Təhsil Şöbəsi və regional təhsil idarəsinin müdiri təyin olunan Anar Qədiməliyev işini düzgün yerinə yetirmir. Belə ki, dəfələrlə qızım üçün iş yerləri tapıb məlumat vermişəm ki, bu şöbədə iş yeri var, xahiş edirəm qızımı ora işə qəbul edin. Hər dəfəsində rədd cavabı almışam.

Hal-hazırda Samux rayonu 1 saylı körpələr evində aşbaz vəzifəsi boşdur, amma mənim qızımı ora işə qəbul etmirlər. Verdiyim sənədləri itirirlər və yaxud da ərizələri cırıb atırlar.

Özümə görə ailəmi dolandıran insanam. Mənim əlavə pulum yoxdur ki, kimlərəsə verim. Aşbaz işinə görə də pul verməliyəm? Qızımın diplomu var, amma iş tapa bilmirəm.

Bu məsələ ilə bağlı Emin Əmrullayevə də müraciət etmişik. Oxuyan da iş tapmır, oxumayan da. Amma pulu olan savadsız belə olsa, işlə təmin olunur”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
//Hurriyyet.az//
Geri qayıt