Əsas Səhifə > Hadisə, Manşet > Yasamalın AĞLAMALI HALI: Əgər indidən ağlamasaq...

Yasamalın AĞLAMALI HALI: Əgər indidən ağlamasaq...


22-03-2023, 10:21
Yasamalın AĞLAMALI HALI: Əgər indidən ağlamasaq...
DİA.AZ: - Qardaş Türkiyədə baş verən və bütün Türk dünyasını ağıadan faciəvi zəlzələnin yaratdığı fəsadlar Azərbaycanda da inşaat işlərinə yenidən ciddi yanaşılması zərurətini ortaya qoydu. DİA.AZ bildirir ki, bu məsələ ekspertlər və Azərbaycanda inşaat işləri aparan şirkətlər tərəfindən geniş şəkildə müzakirə olundu.

Elə bu günlərdə "Kristal Abşeron" şirkətinin inşa etdiyi binaların əyilməsi faktı da məsələnin nə qədər problematik olmasından xəbər verməkdədir. Amma görünəni odur ki, aidiyyatı qurumlar hələ də müşahidəçi mövqeyindədir. Amma ekspertlər həyəcan təbili çalaraq rəsmi qurumları hərəkətə keçməyə çağırır.

DİA.AZ bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakının ən sıx məskunlaşma ünvanlarından olan Yeni Yasamaldan foto paylaşaraq, əslində üz-üzə qaldığımız reallığın hansı əhəmiyyətdə faciəvi olmasını diqqətə çatdırıb.

Yasamalın AĞLAMALI HALI: Əgər indidən ağlamasaq...

E.Fərzəliyev bu fotonu aşağıdakı kimi şərh edib: "Bura Yeni Yasamalın kiçik bir hissəsidir. Tikinti şirkətləri üçün, necə deyərlər yaşayış poliqonu. Allah zəlzələdən, yanğından, dağıntıdan və bütün növ fəlakətlərdən qorusun. Hər binada böyük bir kəndin əhalisi yaşıyır".

Buradan da aydın olur ki, əslində özbaşına şəraitdə inşa edilmiş bu binalarda insanların həyatı açıq risq altındadır. Elə bunu şərh edən sosial şəbəkə istifadəçiləri də eyni qənaətdədirlər. Onlardan biri yazır: (Xəzər Fətdayev) "Yeni Yasamala baxanda adama elə gəlir ki, ya Azərbaycanda memarlıq və İnşaat Universiteti yoxdur, ya da Bakıda şəhərsalma və arxitektura komitəsi..."

Bəli, məsələ məhz bu qədər faciəvidir. Hər halda, Allah uzaq eləsin... hansısa formada bu binaların etibarlı olduğuna cəmiyyəti inandırıb, özünü hazırki məsuliyyətdən yayındıranlar da anlamalıdır ki, bu gün bu binaların halına ağlamasaq, sabah... analarımız ağlamalı olar.

Odur ki, rəsmi qurumların müdaxiləsi mütləqdir... Ən azından Yeni Yasamalda bir TOTAL TƏFTİŞ ZƏRURƏTİ aşkar şəkildə hissolunandır...

Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt