Əsas Səhifə > Hadisə, Manşet > "Məhsulu vermirsinizsə... PULUMU VERİN!!!"
"Məhsulu vermirsinizsə... PULUMU VERİN!!!"27-03-2023, 09:20 |
DİA.AZ: - "Şikayətim "166 kargo" şirkətindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında İlkin Cavadzadə adlı istifadəçi giley edir. Mart ayının 14-ü "Sifariş et" xidmətindən istifadə edərək pulunu (+3% komissiya) kartımdan ödəmişəm və sifarişin həyata keçirilmə müddətini gözləməyə başlamışam. Eyni gün içərisində mesaj gəldi ki “sifarişiniz uğurla yerinə yetirilib”. Normalda Türkiyə daxilində bir məhsulun karqoya verilməsi ortalama 1-3 iş günü içərisində olur, bizom kargoya çatması 3-4 iş günü çəkir. Amma 7 gün keçməsinə baxmayaraq sifarişin statusunda hər hansı dəyişiklik olmadığını gördüyüm üçün 22.03 tarixində təkrar əlaqə saxladım və məmğ bildirildi ki “sifariş satıcı tərəfindən ləğv edilib”, yəni mən maraqlanmasam bunu mənə özləri deməyəcəklər. Yol əhvalatı filmində rəhmətlik Səyavuş Aslanın dediyi kimi gələk “no oçen vajniy” məsələyə. Adamlara deyirəm ki, ok, müştərini vecinizə almırsınız başa düşdük, pulu qaytarın və mən başqa məhsul sifariş verim. Mənə qayıdıb deyirlər ki satıcı pulu qaytaranda biz də sizə qaytaracıyıq. Mən də bildirirəm ki, hörmətli əməkdaş, pulu mən sizə ödəmişəm komissiyası ilə bir yerdə, mənə heç bir aidiyyatı yoxdu sizin satıcı ilə nə yaşadığınızın. İndi əziz camaat, sizdən də soruşuram, mən pulu bunların sisteminə yükləmişəm, mənə nə aidiyyatı var ki bunlar o pulu satıcıdan ala bilirlər ya yox? Müştəri xidmətləri işi həll edə bilmir, deyirəm ki daha yüksək vəzifədən biri mənimlə əlaqə saxlasın, deyirlər mümkün deyil. Limakda başqa bir problem yaşandığında oranın idarəetməsindəki ikinci şəxs hörmət və izzətlə özü zəng edib məsələni həl etmişdi. Eləcə də bu yaxınlarda Starex-ə qatılan Garanti kargonun əvvəlki idarə heyəti. Amma 166da görünür ki bu vacib bir nüans deyil. Fikirlərinizi etika çərçivəsi daxilində gözləyirəm". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |