Əsas Səhifə > Hadisə, Manşet, Reklam > `Azercell` oğurluq üçün sanki MARIQDA YATIB...

`Azercell` oğurluq üçün sanki MARIQDA YATIB...


30-03-2023, 09:19
`Azercell` oğurluq üçün sanki MARIQDA YATIB...
DİA.AZ: - Artıq "Azercell" şirkətinin öz müştərilərinə qarşı açdığı məhkəmə davalarını sayı-hesabı bilinmir. Bunu elə rəsmi statistikanı da araşdırmaqla müəyyən etmək olar. DİA.AZ bildirir ki, hər halda, bu faktın özü "Azercell" şirkətinin piarçılarının hansı dərəcədə səbatsız olmalarından xəbər verir. Əks halda, "müştəri məmnuniyyəti" deyilən anlayışdan məlumatlı olmalı idilər və öz müştərilərinə aqressiv münasibət sərgiləməzdilər.

Elə aşağıda açıqlayacağımız faktda olduğu kimi.

`Azercell` oğurluq üçün sanki MARIQDA YATIB...

Namiz Müseyibov adlı vətəndaş "Hüquqşünaslar Qrupu"nda hüquqi yardım üçün müraciət açıqlayıb. DİA.AZ bildirir ki, narazı vətəndaş başına gələnləri belə nəql edir:

""Azercell"ə 100 AZN borcum var. Korporativ nömrə istifadə etmişəm.

İnternet öz-özünə yenilənmişdir. Xəbərim olmadan... Mən də ödəmişəm.

Məktub göndəriblər ki, "məhkəməyə verəcəyik"... Nə edə bilərlər?"

`Azercell` oğurluq üçün sanki MARIQDA YATIB...

DİA.AZ bildirir ki, bu olaya münasibət açıqlayan digər istifadəçilər də eyni dərəcədə "Azercell"dən narazı olduqlarını ifadə ediblər. Məsələn onlardan biri - İnci Əlizadə adlı istifadəçi yazır:

`Azercell` oğurluq üçün sanki MARIQDA YATIB...

"(Müraciəti olduğu kimi tqdim edirik) Mənimdə başıma gəlib planşet nömrəsi işlim 1 ildən çox aylıq 10 man sonra lazım olmadı dayamdırdım üstündən 3 keçib məhkəmədən kağız gəldi azersel 80 man borc yazıb getdim rayon məhkəməsinə pulu ödədim ancaq 20 man məhkəmə icraçısına şirinlik verməliymişəmki bunu kömpyuterə vursun dedim pulum yoxdu getdim üstündən 5 il keçib maşınımı satanda notarius dedi sənin adına stop var dedim niyə dedi get rayon məhkəməsinə sistemə baxıb deyəcəklər getdim ora dedilər neçə il bunnan qabaq azerselə borcun var dedim ödəmişəm axı dedilər sistemə vurulmuyub 100 man orda istədilər tez həll olunsun deyə əks halda bir neçə ay gözləməlisən yada kimsə tapşırmalıdıbax belə azersel camahatın başına oyun açır ona görə get ödə sistemə vurdur odəniş kağızınıda saxla gələcəkdə nəyisə alqı satqı edəndə deməsinlər adına stop var"

Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt