Əsas Səhifə > Hadisə, Manşet, Reklam > Ölkənin ən böyük mobil operatoru primitiv işləri də GÖRƏ BİLMİR...
Ölkənin ən böyük mobil operatoru primitiv işləri də GÖRƏ BİLMİR...3-04-2023, 09:43 |
DİA.AZ: - "Azercell" abunəçisi olan vətəndaşların sırası günbəgün genişlənməkdədir. Hər halda ortaqlıqdakı faktlara şikayət olunan qurum tərəfindən heç bir reaksiyanın verilməməsi, "Azercell"də müştəri məmnuniyyəti anlayışının olmaması narazılıqların sayını artırmaqdadır. DİA.AZ bildirir ki, məhz bu səbəbdən gərəkən dövlət qurumlarının nəhayətdə "Azercell"ə bir qulaqburması verməsi zərurəti yaranır. Vətəndaşların marağı naminə... və dövlət adından... Biz isə DİA.AZ olaraq hazırda da özünü ölkənin 1 saylı və ən böyük mobil operatoru kimi təqdim edən "Azercell"dən növbəti şikayəti təqdim edirik... Nəzri Qdəriova adlı Bakı sakini "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında yazır: ""Azercell"-dən narazıyam. Deməli, həftəsonu paketi var, 2 manata. Mən də aldım ki, çöldə-bayırda olanda rahat işlərimi görüm. Amma demək olar ki, internet yerlərdə sürünür... İnanın, heç bir səhifə normal açılmır, nə wp - da... nə də fb ra... Rhat nəyəsə baxmaq olur, danışmaq olur. Biabırçılıqdır.." İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |