Əsas Səhifə > Hadisə, Manşet > Vətəndaşlar bu dəfə Ruslan müəllimə elə bir faktı təqdim etdilər ki...
Vətəndaşlar bu dəfə Ruslan müəllimə elə bir faktı təqdim etdilər ki...21-04-2023, 09:09 |
DİA.AZ: - Tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı bu dəfə özündə vətəndaş nəzarətini əks etdirən bir məlumatı paylaşıb. Daha dəqiqi, burada söhbət "Azəriqaz" şefi Ruslan Əliyevin rayon səfərlərindən birində baş verən olaydan gedir. DİA.AZ bildirir ki, M.Qəhrəmanlı Ruslan Əliyevin fakt qarşısında qoyulmasında bəhs edib: "Verilən xəbərlərə görə, "Azəriqaz" Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Sayğacların qəbulu və İstismarı Xidmətinin rəisi Əlizamin Hüseynovun evindən sayğacdan kənar - qazdan qeyri-qanuni istfadə faktı aşkar olunub. Məlum olur ki, qaz borusundan birbaşa xidmət rəisinin evinə cəkilməsi müəyyənləşdirilib. Faktı kənd sakinləri “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin Lənkəran şəhərinə səfəri zamanı vətəndaş qəbulunda bildiriblər. Və maraqlı orasıdır ki, Əlahəzrət Fakt öz təsdiqini tapıb". Hıər halda belə bir faktın ictimailəşməsi və təsdiqlənməsi Ruslan Əliyev üçün də sürpriz olub. Amma burada onun düşdüyü durumdan daha çox, dövlətin sərvətinin talanması faktına Ruslan müəllimin verəcəyi reaksiyadır. Çünki TALANÇILIĞIN altındakı imza məhz bu sərvəti qorumalı olan və Ruslan Əliyevin tabeçiliyində çalışan vızifəli şəxsdir. DİA.AZ bildirir ki, məhz bu ictimailəşmənin ardından "günahkar" "Azəriqaz" işçisi bülletenə çıxıb... P.S. Səbirsizliklə "Azəriqaz" şefinin olaya verəcəyi qiyməti gözləyirik... Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |