Əsas Səhifə > Hadisə, Manşet > `Azəraqrar` MMC-də DÖVLƏT ADINA RƏSMİ QARƏT...
`Azəraqrar` MMC-də DÖVLƏT ADINA RƏSMİ QARƏT...4-05-2023, 09:31 |
DİA.AZ: - Dünən Zərdab Rayonu Dəkkəoba kəndində yaşayan Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Əhmədov Şəmsi Fazəddin oğlu tərəfindən DİA.AZ-a göndərilən faktları təqdim etmişdik ki, bu faktların geniş rezonansa nədən olduğu sözlənilir. Sözügedən yazı burada: KTN-nin sabiq baş məsləhətçisi yeni nazirə MÜRACİƏT ETDİ - Zərdabda əkilən torpaqlar... Bununla bağlı DİA.AZ-a yenidən açıqlama verən Şəmsi Əhmədov “bircə bu yazılar yeni nazirə çatsaydı...” deyərək əlavə faktları açıqlayıb. KTN-nin sabiq baş məsləhətçisi yazır: “Bir məmur bu qədər necə “blokirovka” edilə bilir ətafı tərəfdən? Çox təəcüblüdür... Məktublarıma belə cavab vermirlər”. Daha sonra sabiq məmur olduqca ilfinc faktları açıqlayır: “2019 cu ildə elan verərək itirilmis sənədlərin yenisini almadan milyon manatlarla subsidiyanı öz müəssisələrinə yazıblar. Min hektarlarla pambıq üçün subsidiya alsalar da, heç bir kiloqram da olsun məhsul təhvili yoxdur... Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədova buradan müraciət edirəm: Mən Əhmədov Şəmsi Fazəddin oğlu, Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi olaraq ərizə ilə Kənd Təsərrüfatı Nazirliyin tabeliyində olan Azəraqrar MMC-nin əkin olmayan torpaqlarına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qanunsuz olaraq subsidiya ayrılması ilə bağlı Baş Prokurorluga etdiyim müraciətə KTN Aparat rəhbəri Rafail Quliyev cavab yazaraq elə bir halın olmadığını bildirib. Sənəd üzrə 350 hektar əkin sahəsi olan bir təsərrüfata illər üzrə 550 hektar , 700 hektar ,600 hektar ,400 hektar əkin üçün subsidiya ayrılb. sənədlərin surətini təqdim edirəm. Kənd Təsərrüfatı nazirliyinin tabeliyində olan Azəraqrar MMC -nin Zərdab rayonu ərazisində cəmi 350 hektar əkin sahəsi olsa da, 2020-ci ildə 550 hektar (bəyan nömrələri 1220788,884565,884534,884516) , 2021 ci ildə 700 hektar (bəyan nömrələri 2550646,2470891,2116741,,2071194,) əkin bəyan edərək subsidiya alıb. Bu illər ərzində həmin ərazidə Azəraqrar mmc-nin pambıq əkini 550 hektar olub. Azəraqrar hər iki ildə tədarük məntəqələrinə bir kiloqram da olsun məhsul təhvili barədə məlumat yoxdur.. Amma Azəraqrar MMC- nin ərazsində müqavilə ilə icarə əsasında hər hektarı 100 manata pambıq əkən P-Aqro MMC-nin aqronomu Azər Teymurovun məhsuldarlığı hər hektardan 55 sentner olub. Azəraqrar MMC-nin 100 hektar icarə ilə yer verdiyi P-Aqro MMC-nin direktorunun qardaşı Namiz Həsənov isə 440 ton pambıq verib. Həmin ərazidə orta məhsuldarlıq 50 sentner olduğunu nəzərə alsaq, Azəraqrar MMC-nin istehsal etdiyi xam pambıq 2700 ton olmuşdur. P-Aqro MMC-nin Ucarda emal zavodunun olduğunu bilməyən yoxdur. Əgər həmin pambıq orda emal olunub satılıbsa, bu 2700000 dollar və ya 4.6 milyon manat emaldan əldə olan lifin pulu edir. Bu məsələyə niyə baxan yoxdur? örüş torpaqlarında əkilən pambıqlara əkin subsidiyası Kənd Təsərrüfatı Nazirliyinin vəsadəti və adlı siyahısı ilə Nazirlər Kabineti tərəfindən ayrılır..Bu örüş torpaqlarında əkilən pambıq sahələrinə KTN və AKİA bir başa Nazirlər Kabinetinin icazəsi olmadan subsidiya ayırıb. O cümlədən öz aqronomları Azər Teymurovada örüş sahəsinə birbaşa subsidiya ayrılıb. Çox maraqlıdır ki həmin bəyan olunmuş əkinlərə nə aqrokimyəvi analiz,nə də aqrar sığorta olmadan subsidiya verilib. Nu məsələlərə aydinliq gətirilməsini xahiş edirəm”. Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |