Əsas Səhifə > Hadisə, Manşet > Vətəndaş `Kapital Bank`dan pul çıxara bilməsi üçün MƏZUNİYYƏTƏ ÇIXDI...
Vətəndaş `Kapital Bank`dan pul çıxara bilməsi üçün MƏZUNİYYƏTƏ ÇIXDI...23-05-2023, 08:31 |
DİA.AZ: - ""Kapital bank" USD hesabı debet kartımdan pul nağdlaşdırmaq istədim. 196-ya zəng etdim, xanım bildirdi ki, istənilən ATM-dən çıxarmaq olar..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Elvin Məmmədli adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra yazır: "1-2 ATM-ə baxdım, ancaq AZN təklif edirdi. 196-ya bir də zəng etdim, bu dəfə bir bəy bildirdi ki, dollar, istənilən ATM-də yox, konkret müəyyən ATM-lərdə olur və bir neçəsinin yerini bildirdi. (Call center əməkdaşlarına təlimat verilmir ya nədirsə, hərəsi bir cür məlumat təqdim edir) Gənclik Mall-dakı ATM-ə yaxınlaşdım, orda da yalnız AZN təklif edirdi. Elə oradakı filiala daxil oldum və kassadan nağdlaşdırmaq istədim, bu dəfə də bildirdilər ki, 2000 usd-dən aşağı məbləğləri kassa vermir. Kassir yoldaşlardan biri daha maraqlı təklif verdi, dedi ki, saytda bütün ATM-lərin siyahısı var. Belə başa düşdüm ki, siyahını əlimə alıb düşməliyəm şəhərin canına, o dollarları saxlayan lənət ATM-i tapana qədər axtarmalıyam) qısası, 6-cı və bazar günləri - 2 gün ərzində mən halal pulumu debet kartımdan çıxara bilmədim) İndi məzuniyyət götürmək istəyirəm 1 həftə ki, Bakıdakı bütün Kapital ATM-lərini hər gün bir az-bir az axtarım, görünür başqa çıxış yolu yoxdur". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |