Əsas Səhifə > Hadisə, Manşet > Şahin Bağırov da bacarmadı...

Şahin Bağırov da bacarmadı...


27-05-2023, 08:44
Şahin Bağırov da bacarmadı...
Uzun illər ölkənin gömrük sistemini kökündən qazıyan monopolist "gömrükçü"lər piyasadan alındı.

Keçirilən ardıcıl əməliyyatlar, aparılan yoxlamalar, uzun illər mətbuatın ortaya qoyduğu faktlardan sonra nəhayət ki, gömrük sistemini talanayan şəxslər ya həbsə göndərildi, ya da vəzifədən alındı. Əsas fiqur, gömrük şefi Səfər Mehdiyev isə həbs edilmədi, sadəcə görəvdən uzaqlaşdırıldı.

Bitdimi? Bu sual ətrafında qısa gəlişmə aparaq...

Qısa xatırlatma ilə yaddaşı təzələyib qeyd edək ki, uzun illər gömrük sistemində fəaliyyət göstərən monopolist gömrük məmurları sözün həqiqi mənasında böyük pullar qazandılar və qazadndırdılar. Bu məmurlar onlara yaxın olan şəxslərin əli ilə korrupsioner milyonçuya çevirildilər, ölkəmizin pulları ilə xarici ölkələrdə böyük biznes şəbəkələri qurdular.

Daha böyük sual isə bu idi - bu şəxslər necə isləyirdilər? Milyonları necə qazanırdılar, yaxud qazandırırdılar? Onların monopoliya sistemi niyə uzun illər davam etdi?

Bizimxeber.az olaraq gömrük sistemindəki böyük fırıldaqları uzun illər araşdırdıq və yazdıq. Bütün araşdırmalarımızın nəticəsi olaraq bağlantı nöqtəsi gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətlərə gəlib çıxdı. Yəni, gömrük generalları özlərinin yaxın adamları,əsasən Kargo sahibləri ilə iş birliyinə girərək qanunsuz fəaliyyət göstərən şirkətlər yaradır və onların əli ilə milyonlar qazanırdı. Bu şirkətlərin sayı günü-gündən çoxalırdı və daha böyük problemlər, fəsadlara yol açırdı. Bu şirkətlər vergidən yayınır, DSMF ödəmələri etmir, anbarları yoxdur və yalnız dövlət büdcəsinə ziyan, sahibləri isə milyonlar qazanır və sairə...

Xüsusilə qeyd edək ki, belə şirkətlərin fəaliyyətini nəzarətdə saxlamaq üçün Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti mövcud olsa da, fəaliyyəti görünmürdü və indi də görünmür. Departamentin rəhbəri Azər Məmmədov isə hələ də susur və susur...

Nəhayət ölkənin Gömrük sisteminə yeni nəfəs gətirmək üçün 2022-ci ildə Komitəyə rəhbər olaraq Şahin Bağırov gətirildi. O əvvəllər gömrük sistemində çalışmışdı və bu baş verənlərə yaxşı bələd idi... Gəldi... Müəyyən postlarda təmizlik, kadr dəyişiklikləri və sairə... Əsas diqqətçəkən gömrük rəsmiləşdirmələrində qismən yumşalmalar, ödəmələrdə qismən azalmalar və sairə...

Elə isə yuxarda göstərilən daha böyük problemə - Qanunsuz fəaliyyət göstərən sirkətlərin fəaliyyətinə hansı maneələr yaradıldı? Hazırda belə şirkətlər fəaliyyət göstərirmi? Bu şirkətlər indi kimlərin əli ilə çalışır? Araşdırıldımı?

Bizimxeber.az-a daxil olan məlumata görə, vəziyyət əvvəlki kimi ağır olmasa da qanunsuz fəaliyyət göstərən şirkətlərin fəaliyyəti hələ də mövcuddur. Bu şirkətlərin fəaliyyətinə nəzarət etməli olan Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti hələ də ciddi mübarizə üsulu ya tapa bilmir, ya da tapmaq istəmir. Yenə belə şirkətlər dövlət büdcəsinə ziyan vurmaqda davam edir.

Bu faktları inkişaf naminə yazmaq və demək lazımdır ki, Gömrük rəhbərliyi baş verənlərdən xəbər tutusun və yenidən araşdırmalar aparsın. İndi kimlərin belə şirkətlərə dəstək verməsini ortaya çıxartsın.

Görünür Gömrük sistemi hələ də ziyanverici şəxslərdən, monopoliya yaratmaqda maraqlı olan məmurlardan tam təmizlənməyib.

Qeyd edək ki, ötən gün yayılan məlumata görə, Dövlət Gömrük Komitəsinin Aparatında və tabeli qurumlarında bir sıra dəyişikliklər aparılacaq. Məlumata görə, DGK sədri, general-leytenant Şahin Bağırovun əmri ilə yeni struktur layihəsi hazırlanıb. Layihəyə əsasən, komitənin aparatında bir-birini təkrarlayan bir sıra idarələr və şöbələr ləğv ediləcək, bəziləri birləşdiriləcək və yaxud yeniləri ilə əvəzlənəcək.

Həmçinin bu qərar tabeli qurumlara da şamil ediləcək. Dəyişiklik əsasən Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksizli mallar üzrə Baş Gömrük İdarəsi, gömrük postları və terminallarında reallaşacaq. Qərarın gələn ayın ortalarına kimi təsdiq ediləcəyi gözlənilir.

Belə bir dəyişiklik Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentində də aparılmaıdır. Bu qurumun da fəaliyyəti ciddi nəzarət altına alınmalı, Gömrük sistemindəki dəyişiklik ilə paralelləşdirilməlidir. Əks halda Gömrükdə böyük uğurların şahidi olmayacagıq.

Bizimxeber.az

Geri qayıt